Главная > Cəmiyyət > Məcburi köçkünlərin içməli su təchizatı yaxşılaşdırılır

Məcburi köçkünlərin içməli su təchizatı yaxşılaşdırılır


1-10-2019, 15:57. Разместил: dovletxeberleri.az
Məcburi köçkünlərin içməli su təchizatı yaxşılaşdırılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində imzaladığı Sərəncamlara və verdiyi tapşırıqlara əsasən cari ilin ötən dövrü ərzində Laçından olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisində xeyli işlər görülmüşdür. Belə ki, Taxta körpü ərazisindəki 552 və 21 ailəlik köçkün qəsəbələrində korroziyaya uğramış d=110 mm-lik metal borunun 8 p/m hissəsi dəyişdirilmiş, d=90 mm-lik magistral xətdə cari təmir işləri aparılmış, paylayıcı çəndə korroziyaya uğramış metal boru, həmçinin Ərdəşəvi obası yaxınlığındakı Qaradolaq su qəbuledicisində korroziyaya uğramış d=50 mm, d=100 mm, d=63 mm-lik metal boruların yararsız hissəsi dəyişdirilmişdir. Bununla yanaşı Taxta Körpü ərazisindəki Qarıqışlaq obası ilə Qılışlı obasını birləşdirən plastik borunun 100 m-lik hissəsinə yeni boru çəkilmişdir. Qaradolaq və Mişni nasos stansiyasında 22 kv-lıq nasoslar təmir olunmuş, Mais, Sadınlar və Ərdəşəvi obalarında su qəbuledici borunun, Qayğı qəsəbəsində 1993-cu ildə çəkilmiş içməli su xəttinin yararsız olan 85 metrlik hissəsi yeni boru ilə əvəzlənmişdir. Həmçinin, ərazidəki Mişni-Mayis magistiral su xəttinin 150 metr hissəsində cari təmir işləri aparılmış, Hacılar-Sadınlar-Alxaslı-Ərdəşəvi-Mayıs-Qılışlı obalarına çəkilmiş su xəttinin 500 metr hissəsinə yeni polietilen boru çəkilmişdir.
Laçın Rayon İcra Hakimiyyəti tərəfindən ərazidəki bütün obalarda əhalinin mütəmadi içməli su ilə təmin edilməsi nəzarətdə saxlanılır və bu sahədə yaranan hər hansı qəza Sukanal idarəsinin əməkdaşları tərəfindən aradan qaldırılır.
Laçınlı məcburi köçkünlər onların içməli su təchizatının yaxşılaşdırılmasından razı qaldıqlarını, onlara göstərilən hər tərəfli qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Вернуться назад