Главная > Cəmiyyət / Təhsil > Müəllimlər vahid geyim formasına keçiblər

Müəllimlər vahid geyim formasına keçiblər


29-09-2019, 15:43. Разместил: dovletxeberleri.az
Müəllimlər vahid geyim formasına keçiblər
Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur.
Dovletxeberler.az Azərbaycan müəllimi qəzetinə istinadən xəbər verir ki, 2019-2020-ci yeni dərs ilində Oxud kənd tam orta məktəbinin müəllimləri şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar. Məktəbin direktoru Ülfət Abdullayev bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb.
Müəllimlərin bu təşəbbüsünü şəhər təhsil şöbəsinin rəhbərliyi ilə yanaşı, şagird və valideynlər də müsbət qarşılayıblar.
Вернуться назад