Главная > Cəmiyyət > Avropada bizi biabır etməyin

Avropada bizi biabır etməyin


26-09-2019, 15:23. Разместил: dovletxeberleri.az
Avropada bizi biabır etməyin
Sosial şəbəkələrdə saxta profil açanlar, Avropa küçələrində “şortik”lə gəzənlərin Azərbaycanın nüfuzlu şəxsləri ilə bağlı işlətdiyi təhqiramiz ifadələr intellektin zəifliyindən və ya olmamasından xəbər verir. Təhqirlə tənqid gecə və gündüz kimi bir-birinə antonim fikirlərdir. Görünür, belə adamlar normal təhsil almamaqla yanaşı, orta məktəbi də normal oxumayıblar. Oxusaydılar, təhqiri tənqidin sinonimi bilməzdilər. Bundan əlavə, valideyn tərbiyəsi də böyük önəm daşıyır. Bu yerdə dahi şairimiz Bəxtiyar Vahabzadənin şeirini xatırlamağı uyğun hesab edirəm:

Savadsızdır, adını da yaza bilmir
Mənim anam...
Ancaq mənə say öyrədib,
Ay öyrədib, il öyrədib
Ən vacibi, dil öyrədib
Mənim anam.
Bu dil ilə tanımışam
Həm sevinci, həm də qəmi...
Bu dil ilə yaratmışam
Hər şeirimi, hər nəğməmi
Yox, mən heçəm, mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!

Üzümü ağzını təhqirlə açan adamlara tuturam: ananız sizə söyüş öyrədib? Axı kitab-kitab söyuşlərinin müəllifi analar ola bilməz. Kimin təsirindəsiniz, kimin diliylə danışırsınız, bunu müəyyən edib, dərin-dərin düşünməlisiniz.

İradəcə zəif olanlar emosiyalarına hakim ola bilmirlər, onları narahat edən hadisələrə – söz ehtiyatları olmadığı üçün – küçədə və ya ailədə eşitdikləri qeyri-etik ifadələrlə münasibət bildirirlər. Normal ailə tərbiyəsi görmüş, bağçaya getmiş, oxumasa da orta məktəbə getmiş adamlar ictimai yerlərdə özlərini tərbiyəli aparırlar. Bu belə deyilsə, demək, yuxarıda sadaladığım zəncirin harasındasa qırıq var.

Mənim fikrimcə, şəxsiyyət anadan şəxsiyyət kimi doğulmur,səxsiyyəti cəmiyyət yetişdirir,istedad, temperament , müəyyən fizioloji amillər istisnadır.

Diqqət etsəniz trollar və “şortikli” mühacirlərin danışıqlarında, yazılarında bir dənə olsun kitab cümləsinə rast gələ bilməzsiniz. Cahil elə cahildir, yanlış ona həqiqət göründüyü üçün yanlışa yuvarlanır. Məni narahat edən cahillərə haqq qazandırmaq adı altında onlardan yararlanmaq istəyən təhsillilərin və “intellektlərin” mövcud olmasıdır.

Demokratiya xalq hakimiyyəti mənasını verir. Xalq olaraq doğma yurd-yuvamızı, düşmənin “qara qapı” adlandırdığı Laçınımızı döyüşsüz-filansız, pərakəndə silahlı dəstələrini Milli Məclisi mühasirəyə almağa çağırmaqla düşmənə “ərməğan” edənlərə necə inanaq?! Sizlər olmasaydınız, könüllülər alayı və Laçın polisi Laçını müdafiə edəcəkdi. Ətraf rayonların alınmasına da Laçının verilməsi səbəb oldu. Sizlər Laçını bilərəkdən verdiniz. Bu geniş mövzuya növbəti yazıların birində qayıdacam....

Mən də bir veteran kimi Laçının, Qarabağın, Zəngəzurun azad olunmasını istəyirəm, Milli Məclisin mühasirəyə alınmasını istəmirəm.

Laçını “ərməğan” etməklə ərazi bütövlüyümüzün pozulmasına zəmin yaratdınız, heç olmasa küçə söyüşlərini avropalaşdırmaqla bizi biabır eləməyin.

Balay Bəndəliyev

Laçın rayon sakini
Qarabağ müharibəsi veteranı
Вернуться назад