Главная > Cəmiyyət > Mahir Abbaszadə növbəti dəfə seçicilərlə görüşdü

Mahir Abbaszadə növbəti dəfə seçicilərlə görüşdü


24-09-2019, 22:17. Разместил: dovletxeberleri.az
Mahir Abbaszadə növbəti dəfə seçicilərlə görüşdü
Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb.

Dovletxeberleri.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsindən deputat seçilmiş Mahir Abbaszadə parlamentdə seçiciləri ilə görüşüb.

Deputat təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib.

Görüşdə M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib.

Deputata ünvanlanan müraciətlər arasında əsasən mənzil, sənədləşmə, sosial məsələlər və s. üstünlük təşkil edib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Mahir Abbaszadə bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər isə yerindəcə həll edilib.

Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Qeyd edək ki, Mahir Abbaszadə hər ay Milli Məclisdə mütəmadi olaraq seçiciləri qəbul edir. Millət vəkilinin qəbuluna yazılmaq istəyənlər Milli Məclisin qəbul şöbəsinə müraciət edə bilərlər.
Вернуться назад