Главная > Cəmiyyət / Milli Qəhrəmanlar > AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu


24-09-2019, 22:00. Разместил: dovletxeberleri.az
AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL        (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yoluAZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL
(Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu

Milli Qəhrəmanlar tanıtma ictimai birliyi Nərimanov rayon sədri Ədhəm Məmmədov,
Dünya ana və uşaqlar ictimai birliyinin sədri Dünyaxanım Əliyeva,Dünyaxəbər.com saytının birgə lahiyəsi O, 1952-ci ilin 28 iyununda Goranboy (əvvəllər Qasım İsmayılov rayonu kimi tanınırdı) rayonunun Sarov kəndində anadan oldu. Adını Ənvər qoydular...
Fərəcov Ənvər Səyyad oğlu hər gün bir buğda dənəsi boyda boy atır, valdeyinlərini sevindirərdi. Orta məktəbə doğulduğu Sarov kəndində yerləşən 8 illik məktəbdən başlayır. Oranı bitirdikdən sonra Dəliməmmədli qəsəbəsində yerləşən orta məktəbdə təhsilinə davam edir. Ənvər 1969-cu ildə orta məktəbi uğurla başa vurur. Elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitunun (AKTA) kənd təsərrüfatının mexanizasiyası fakultəsinə daxil olur. 1974-cü il təhsili başa vurub öz doğma kəndinə qayıdır.
O, 1974-cü ildən 1981-ci ilə qədər Sarov kəndinin "Azərbaycan" kolxozunda baş mühəndis, "İmişlisutikinti" idarəsində böyük mühəndis, Gəncədə (keçmiş Kirovabad) DAM-da baş mexanik vəzifələrində çalışmışdı.
1981-ci ildən isə həyat fəaliyyətini dəyişərək, ən böyük arzusu olan Dİ orqanına bağlayır.
İş fəaliyyətini Türkmənistanın Bezmein şəhərində baş leytenant rütbəsində Xüsusi komendaturada rəis köməkçisi kimi başlayır. Bir müddət orada çalışdıqdan sonra Bezmein şəhər milis rəisinin köməkçisi, daha sonra sahə müvəkkili vəzifəsində işləməyə başlayır. Bu müddət ərzində Daşkənd Ali Milis məktəbini də başa vurur.
Həyatını firavan yaşayır, yerli əhalinin də hörmətini qazanmışdı. Amma həyat bəzən insanı sınağa çəkir.
1990-cı ilin 20 Yanvar faciəsi onun bu rahatlığına son qoyur. Beləliklə, belə qərara gəlir ki, Vətənin dar günündə Vətəndə olmalıdır. O, AR DİN-ə müraciət edir. Müraciətinə əsasən 1990-cı ilin iyul ayında AR DİN xətti ilə milis idarəsinin Gəncə (Kirovabad) Dəmir yol stansiyasına rəis köməkçisi göndərilir. Amma bu vəzifə ona heç rahatlıq vermir. Nəhayət 1991-ci ilin iyul ayında Goranboy RPŞ-nın Todan polis bölməsinə pasport masa rəisi, iki həftədən sonra bölmə rəisi təyin edirlər. Az müddət ərzində yerli əhalinin hörmətini, dümənin isə qəzəbini qazanır. Dəfələrlə ağır döyüşlərdə olmuş, döyüş yoldaşlarını mühasirədən çıxarmışdı. Əsgərlərə son dərəcə diqqət göstərər, onların qayğısına qalardı. Gənclərə və subaylara daha çox ürək yandırardı. Onların gələcəyi qabaqdadır deyərdi.
14.09.1991-ci il Ənvərin son döyüşü olur. Buzluq, Erkəc və Mənəş kəndlərinin müdafiəsi zamanı mühasirəyə düşmüş və tamamilə silah-sursatsız qalmış milis dəstəsinə silah-sursat apararkən puskuya düşür. Ağır döyüş nəticəsində şəhid olur.
Hətta düşmən onun əlindən yanıqlı olduğuna görə cəsədini də yandırır. Ailənin göz yaşı sel olur. Nəhayət 17.09.1991-ci il Rusiyanın prezidenti Yelsinin vasitəsi ilə cəsədi almağa nail olurlar.
Şəhidimizi 18.09.1991-ci il doğulduğu Sarov kəndində dəfn edirlər.
Hal hazırda oxuduğu kənd orta məktəb onun adını daşıyır. Məktəbdə, AKTA-nın mexanizasiya korpusu qarşısında və Goranboy rayon mərkəzində büstü qoyulub.
Xalq şəhidini unutmur!
AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL        (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu
AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL        (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu
AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI, ŞƏHİD OĞUL        (Polis mayoru Fərəcov Ənvər Səyyad oğlunun)kecdiyi döyuş yolu

Вернуться назад