Главная > Cəmiyyət / Tədbirlər > Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdür

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdür


11-09-2019, 19:50. Разместил: dovletxeberleri.az
 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdür
2019-cu il 10 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Alxaslı obasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü keçirilmişdir. Görüşdə Ağcabədi rayonunun inzibati ərazisinə aid olan Kürqırağı ərazidəki Alxaslı obalarında müvəqqəti məskunlaşmış Laçın rayonunun Alxaslı kəndindən olan 65 nəfər iştirak etmişdir.
Laçın Rayon İcra Hakimiyyəti baçşısı Aqil Nəzərli sakinlər qarşısında çıxış edərək ölkədə ötən dövr ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, bu qayğının davamı olaraq hazırda Taxta Körpü ərazisində 645 ailəlik 3 yeni qəsəbənin inşasının sürətlə davam etdirildiyini məcburi köçkünlərin diqqətinə çatdırmışdır.
Rayon rəhbəri çıxışında oba sakinlərin əsasən kənd təsərrüfatı ilə məsğul olduqlarını bildirərək, Kürətrafı torpaq sahələrindən səmərəli istifadə barədə onlarla ətraflı söhbət aparmış, bununla bağlı sakinlərin qaldırdıqları məsələnin ümumi razılıq əsasında həllini mümkün hesab etmişdir.
Görüşdə çıxış edən Şücayət Hadıyev, Mirsəfa Əliyev, Əsəd Əzizov, Şərafət Hadıyeva, Baloğlan Şalikov, Nazim Əliyev onlara göstərilən davamlı dövlət qayğısına görə öz razılqlarını bildirmiş, ölkə başçısı cənab İlham Əliyevin yeritdiyi siyasəti daim dəstəklədiklərini vurğulamışlar.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Laçın Rayon Prokuroru Ceyhun Almasov, Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov, idarə, müəsssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdür
 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdür

Вернуться назад