Главная > Cəmiyyət / Təhsil > Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏL

Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏL


11-09-2019, 10:44. Разместил: dovletxeberleri.az
Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏL
Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılmasını təmin etmək məqsədilə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 11 iyul qərarına dəyişiklik edilib.

Dovletxeberleri.az xəbər verir ki, bu dəyişiklik nəticəsində dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.


Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları aşağıdakı cədvəldə əks olunub:


№-si
Təhsili
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqda
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda
pedaqoji staj 8
ildən 13 ilə qədər olduqda
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda
pedaqoji staj 18 ildən çox olduqda
1.
Ali təhsilli
460
495
520
555
595
2.
Orta ixtisas təhsilli
420
445
460
490
510

Вернуться назад