Главная > Cəmiyyət / Ölkə > Deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər

Deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər


4-09-2019, 18:35. Разместил: dovletxeberleri.az
Deputatlar ATƏT  PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər
Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcək.

Dovletxeberleri.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransına qatılacaq.
Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək. Deputat Tahir Mirkişilinin “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsi dinləniləcək.
Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.
Вернуться назад