Главная > Cəmiyyət > “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”

“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”


4-09-2019, 10:01. Разместил: dovletxeberleri.az
“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”
Avqustun 31-də Ağcabədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud
qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon ziyalıları, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak
ediblər.
Dovletxeberleri.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ağcabədi RİHB-nın birinci
müavini,Dini işlər üzrə komissiyanın sədri Rövşən Əhmədov əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini
söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu
bildirən natiq bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-
mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd
edib.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya
sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün
formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və
ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini
etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait
yaradılmışdır.
Tədbirdə eyni zamanda məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə
keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Вернуться назад