Главная > Cəmiyyət > Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA

Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA


16-08-2019, 16:50. Разместил: dovletxeberleri.az
Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA
“Sosial şəbəkələrdə ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlar yayılır və məqsədli şəkildə tirajlanır. Yayılan informasiyalarla tanış olduqdan sonra Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru kimi bu məsələ ilə maraqlandım. Qeyd edim ki, Ədliyyə Nazirliyi Azərbaycan Açıq Hökumət Platformasının üzvüdür və buna görə yayılan məlumatlar diqqətimizi çəkdi”.


Xəbər verilir ki, bunu tanınmış hüquqşünas, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib.


Onun sözlərinə görə, araşdırması zamanı məlum olub ki, spirtli içiki qəbul edərək nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanıldığı iddia edilən Nigar adlı xanım sürücü Fikrət Məmmədovun qızı deyil.


“Ümumiyyətlə, Fikrət Məmmədovun Nigar adlı qızı yoxdur və onun qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmir və işləməyib”.


Ə.Nuriyev sosial şəbəkə istifadəçiləri və fəallarına müraciət ünvanlayıb:


“Onların diqqətinə çatdırmaq istəyirəm ki, hər hansı yoxlanmamış, şayiə xarakterli xəbərlər mütləq qənaət çıxarılması və buna əsasən hər hansı məlumatların ictimailəşdirilməsi, trajlanması üçün yetərli ola bilməz. Aydındır ki, vəzifəli şəxslər, onların ailə üzvləri ilə bağlı məlumatlar bir qayda olaraq ictimai diqqət mərkəzində olur. Bu maraq da hardasa başa düşüləndir, onu da nəzərə almaq olar ki, yüksək vəzifəli şəxslər həm də publik şəxslər sayılır, onların personasına marağı, diqqəti də təbii saymaq olar. Şübhəsiz ki, söz və ifadə azadlığı da toxunulmazdır. Amma bu hüquqdan sui-istifadə etməklə digər vətəndaşların hüquqlarını pozmaq, onların reputasiyasını zərbə altında qoymaq, nufuzdan salmaq da yol verilməzdir və insan hüquqlarına hörmət prinsipləri ilə bir araya sığmayan davranışdır.
Bu cür yoxlanılmayan, yalan məlumatların yayılması ictimai rəyin çaşdırılmasına, eyni zamanda başqasının şərəf və ləyaqətinə, işgüzar nufuzunun ləkələnməsinə səbəb ola bilər. Bu məlumatların məqsədli şəkildə yoxlanılmadan, sübutlarla möhkəmləndirilmədən yayılması qərəzdən, qarayaxmaq, nüfuzdan salmaq niyyətindən xəbər verir və sosial şəbəkə istifadəçiləri bu cür məlumatların yayılması zamanı bu qərəzin fərqində olmalı, digər vətəndaşa, təsvir edilən hadisəyə yaxından-uzaqdan aidiyyatı olmayan şəxslərə ziyan vura biləcəklərini unutmamalıdırlar. Kimlərinsə, hansısa qərəzli niyyətinin alətinə çevrilməməlidirlər”.
Вернуться назад