Главная > Cəmiyyət > Bu işçilərin maaşları artırıldı - Nazirlər Kabinetindən QƏRAR

Bu işçilərin maaşları artırıldı - Nazirlər Kabinetindən QƏRAR


9-08-2019, 08:02. Разместил: dovletxeberleri.az
Bu işçilərin maaşları artırıldı - Nazirlər Kabinetindən QƏRAR
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Xəbər verilir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.

Beləliklə, ali kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Вернуться назад