Главная > Cəmiyyət / Mədəniyyət > Prezident daha bir xalq artistinə mənzil bağışladı

Prezident daha bir xalq artistinə mənzil bağışladı


5-07-2019, 11:27. Разместил: dovletxeberleri.az
Prezident daha bir xalq artistinə mənzil bağışladı
Prezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.
Dovletxeberleri.az xəbər verir ki, bu barədə Lent.az-a aktyorun özü bildirib:

“Görünür, prezident həm mədəniyyət sahəsindəki əməyimi nəzərə alıb, həm də mənzil şəraitimi. Prezidentimizə bu diqqətinə və qayğısına görə çox təşəkkür edirəm”.
Məmmədsəfa Qasımov “Yuğ” teatrının aktyorudur. ADMİU-nin dosentidir. “Azərbaycanfilm”də onlarla filmdə çəkilib.
Вернуться назад