Главная > Cəmiyyət / Təhsil > Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır


5-07-2019, 09:34. Разместил: dovletxeberleri.az
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib.
Təhsil Nazirliyindən bildirilib ki, test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub. İmtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.
Вернуться назад