Главная > Cəmiyyət / Mədəniyyət > Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib


18-06-2019, 09:50. Разместил: dovletxeberleri.az
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 15 iyun “Milli Qurtuluş Günü” münasibətilə silsilə tədbirlər davam etdirilib.
Mədəniyyət müəssisələrinin kollektivləri Nəsimi adına Mədəniyyət və İstirahət Parkında, “N” saylı hərbi hissədə, N.Nərimanov adına Mədəniyyət Mərkəzində, Şəhər Mədəniyyət Evində, 4 saylı Diyarşünaslıq klubunda, “28 May” Diyarşünaslıq evində, Corat qəsəbə mədəniyyət evində konsert proqramları ilə çıxış ediblər.

Bayram tədbirlərində gənc müğənni Murad Əliyev, Şəbnəm Faiqqızı, Təranə Nurlu, Zaur Yusifli, Ramin Bayramov, Şamo Babayev, Sabir Məmmədzadə, Elnarə Abdullayeva Azərbaycana aid mahnılar səsləndiriblər. Bununla yanaşı, Hüseyn Səlimovun rəhbəri olduğu “Nays” və Elnarə Xəlilovanın rəhbərlik etdiyi “Dəcəllər” rəqs qrupları rəngarəng rəqs nümunələri təqdim ediblər.

Tədbirlərdə “Milli Qurtuluş Günü” haqqında geniş məlumat verilib, tarixi əhəmiyyətindən danışılıb.
Вернуться назад