Главная > Cəmiyyət > Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuq

Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuq


15-06-2019, 15:16. Разместил: dovletxeberleri.az
Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqHeydər Əliyev 1993 ilin bu günü xalqın iradəsi ilə Azərbaycana gəlib vətənimizi növbəti parçalanmadan xilas etdi. Məhs onun gəlişi Azərbaycan xalqında yüksək əhval ruhiyyə yaratdı ölkəyə oyanış verdi. Lider Azərbaycan xalqı üçün əlindən gələni etdi çünki o xalqını sevirdi. Ordu quruculuğu,yeni iş yerlərinin açılması ilə işsizliyin səviyyəsinin azaldıldı və digər sahələrdə ciddi islahatlar aparıldı. Onun siyasi fəaliyyətindən nə qədər danışsaq azdır. Məhz onun sayəsində Azərbaycan xaosdan xilas oldu, Azərbaycan qardaş qırğının 1 addımlığından geri döndü, Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ulu öndərimizin uzaq görən siyasi xadim olmasına görə bu gün Azərbaycan beynəlxalq arenada sabitlik içərisində yaşayır. Biz hər bir zaman fəxr hissi ilə qeyd etməliyik ki,bizim belə bir liderimiz olub. Özünün də dediyi və etdiyi kimi biz hər bir zaman fəxr etməliyik ki,biz AZƏRBAYCANLIYIQ. YAP Səbail Gənclər Birliyinin Sədr müavini Fuad Heydər
Вернуться назад