Главная > Cəmiyyət / Banner > “Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat

“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat


18-05-2019, 08:33. Разместил: dovletxeberleri.az
“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat
“Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, böyük önəm verir və onun ərazi bütövlüyünə də hər zaman hörmətlə yanaşır. Gürcüstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir”.
Dovletxeberleri.az xəbər verir ki, bunu Millət vəkili Qənirə Paşayeva Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik barədə Milli Məclisdə çıxış edərkən bildirib.

Qənirə Paşayeva qeyd edib ki, bu kimi açıqlamalar sadəcə Azərbaycan-Gürcüstan əlaqələrinə zərər vurur: “Biz buradan öz etiraz səsimizi ucaldırıq. Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərilməsi bizim üçün ən vacib məsələdir. Keşikçidağ tarixi mədəniyyət abidəsi Azərbaycan tarixinin bir parçası olaraq bizim üçün çox dəyərlidir və bütün tarixi mənbələr də Gürcüstanda bəzi qüvvələrin səsləndirdiyi iddiaların əsassız olduğunu ortaya qoyur. Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən və iki ölkə arasında münasibətlərin pozulması üçün çalışan qüvvələrin fəallaşmasının Gürcüstan rəsmiləri və siyasi dairələri qarşısını almalıdır, çünki Azərbaycan üçün Gürcüstan ilə münasibətlərin inkifaşı nə qədər önəmlidirsə, Gürcüstan üçün də Azərbaycanla münasibətlərin inkişafı daha da önəmlidir”.
Вернуться назад