Главная > Cəmiyyət > Elmar Vəliyevin mülkləri satışa çıxarıldı - Səbəb

Elmar Vəliyevin mülkləri satışa çıxarıldı - Səbəb


27-04-2019, 09:41. Разместил: dovletxeberleri.az
Elmar Vəliyevin mülkləri satışa çıxarıldı - Səbəb
Üzləşdiyi sui-qəsd olayından bir müddət sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Elmar Vəliyev vəzifədə olduğu dönəmdə bu şəhərdə sahibləndiyi əmlaklarını satışa çıxarıb.

Məlumata görə, Elmar Vəliyevin adıçəkilən şəhərdə dəyəri 10 milyon manata yaxın olan bir neçə obyekti, mənzilləri və torpaq sahələri var.

Mənbənin sözlərinə görə, artıq həmin əmlaklardan bir neçəsi satılıb.

Bundan başqa, sabiq icra başçısı Göygöl rayonunda inşa etdirdiyi villasını da satışa çıxarıb.

Elmar Vəliyevin əmlaklarını satmasına səbəb kimi isə onun külli miqdarda borcunun olduğu əsas göstərilir. Belə ki, icra başçısı işlədiyi dönəmdə yüzlərə vətəndaşın əmlakları ələ keçirilib, habelə, torpaq sahəsi vermək adıyla külli miqdarda pullar toplanıb. Elmar Vəliyeyin vəzifədən kənarlaşdırıldıqdan sonra yüzlərlə şikayətçi Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova üz tutub.

Ali rəhbərliyin məlumatlandırılmasından sonra E. Vəliyevin qardaşlarına "camaatın pulunu qaytarın”,- tapşırığı gəlib.

Artıq Elmar Vəliyevin oğlu və qardaşları onun bir sıra şəxslərə olan borclarını qaytarmağa başlayıblar.(Gununsesi.org)
Вернуться назад