Главная > Cəmiyyət / Texnologiya > Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi

Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi


17-04-2019, 08:24. Разместил: dovletxeberleri.az
Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi
Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Bakı Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi keçməyə başladılar.
Bildiyimiz kimi , kiçik və orta innovasiya sahibkarlığının inkişafı, elektron avadanlığın və proqram təminatının ixracı və istehsalı üzrə regional bazanın təşkili, ölkənin səmərəli tranzit informasiya mərkəzinə çevrilməsi, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqi üçün texnoparklarda formalaşan informasiya cəmiyəti üçün insan resurslarının hazırlanması , istehsalat təcrübələrinin təşkili “Strateji yol “ xəritəsinin əsas prioritetlərindən biridir.İnnovasiyaları öyrənib tətbiq etmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müvafiq ixtisaslar üzrə tələbələr Texnoparkın kompüter şəbəkəsi, alternativ enerji sistemi, robot laboratoriyası, kompüter sinifləri, kimya , içməli suyun təmizlənməsi , maşınların etibarlığı və təmir texnologiyası , mərkəzi havalandırma isitmə soyutma sistemləri və digər laboratoriyalar ilə tanış olublar. Daha sonra təhsilalanlar “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda keçirilən master-klasda iştirak ediblər.Master-klass zamanı tələbələrə kompüter və robotexnika ilə bağlı geniş məlumat verilib, onlara İT sahəsi üzrə əldə etdikləri nəzəri bilikləri əyani olaraq Texnoparkda tətbiq etmək imkanı yaradılıb
Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi
Mühəndislər Universitetinin Texnoparkında istehsalat təcrübəsi

Вернуться назад