Главная > Cəmiyyət / Banner > Cahangir Məmmədli vəzifədən getdi

Cahangir Məmmədli vəzifədən getdi


14-04-2017, 17:05. Разместил: dovletxeberleri.az
Cahangir Məmmədli vəzifədən getdi

Aprelin 13-də İctimai Televiziya və Radio Yayım Şurasının növbəti iclası keçirilib.

Ensonxeberlertv.az xəbər verir ki, iclasda Yayım Şurasının 2016 mart–2017 mart tarixləri arasında fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib. Şura üzvləri hesabat məruzəsinə bəzi əlavələr və dəyişikliklər etməklə, onun ictimaiyyətə təqdim olunmasını məsləhət görüblər.

Şuranın üç üzvünün Şuradakı fəaliyyət müddətinin başa çatdığı bildirilib. Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüş namizədlər – Cahangir Məmmədli və Aqil Dadaşovun Yayım Şurasında on iki illik, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. Yayım Şurasının üzvləri və İctimai teleradionun rəhbərliyi bu müddət ərzində birlikdə olduqları hər üç Şura üzvünə təşəkkürünü bildirib, onların hər üçünün peşəkarlıq səviyyəsinin ictimai teleradionun işinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Şura sədri Cahangir Məmmədli iclasda sədr kimi son dəfə çıxış etdiyini bildirərək, ötən 12 illik fəaliyyəti dövründə Şuranın bütün üzvləri və İctimai teleradionun yaradıcı kollektivi ilə birlikdə yalnız bir məqsədə - Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə və azərbaycançılıq ideologiyasına xidmət etdiyini qeyd edib.
Cahangir Məmmədli vəzifədən getdi

Вернуться назад