Dovletxeberleri.Az
» » DİN-də görüş - Ramil Usubov İranın ədliyyə nazirini qəbul edib

17-02-2017, 19:02DİN-də görüş - Ramil Usubov İranın ədliyyə nazirini qəbul edib

DİN-də görüş - Ramil Usubov İranın ədliyyə nazirini qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə rəsmi səfərdə olan İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

EnSonXeberlerTv.az DİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasındakı əlaqələrin son illər daha da möhkəmləndiyini nəzərə çatdıran Ramil Usubov rəhbərlik etdiyi qurumun eyni zamanda qonşu Rusiya, Türkiyə, İran, Gürcüstanla yanaşı 40-dan artıq dövlətin anoloji strukturları ilə ikitərəfli və çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdiyini, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.

Sonda general-polkovnik Ramil Usubov birgə əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı faydalı əlaqələrin ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəyinə əminliyini bildirib.

Nazir Mustafa Purməhəmmədi regionda qeyri-stabilliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini deyib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə qəbulda iştirak edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?