Dovletxeberleri.Az
» » "Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir"

16-12-2016, 15:45"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir"

"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir"

Dekabrın 16-da Nazirlər Kabinetində "Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi" mövzusunda müşavirə keçirilib.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

Müşavirədə çıxış edən Ə.Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu qərara qədər dərmanlar maya dəyəri ilə müqayisədə baha satılırdı. Bu da əhalinin büdcəsinə mənfi təsir göstərirdi. Qərarda sahibkarların da maraqları nəzərə alınıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var. Hökumətin qərarına bu cür sui-istifadə halları ilə kölgə salınmamalıdır.

Ə.Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir. Dərmanların keyfiyyətin yoxlanılması ən vacib məsələdir. Çünki dərmanların keyfiyyətini əhali özü yoxlaya bilmir.

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. Ə.Əhmədov bu müəssisələrin nümayəndələrinə öz tövsiyələrini də verib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev və digər çixiş edənlər də ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğunu və bu cür neqativ hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyini bildiriblər.
Baxılıb 4 956
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”