Dovletxeberleri.Az
» » “Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi

25-10-2016, 12:02“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi

“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi

Layihə çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün peşə təlimləri keçiriləcək




"Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə daha bir sosial layihəyə start verdi. "Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının uğurla davam etdirilməsidir.

Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq "Təlim məktəbi” layihəsinin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.

Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensiallarını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcəkdir.

"Təlim məktəbi” layihəsinin geniş ictimaiyyətə təqdimatı ilə əlaqədar olaraq təşkil edilmiş mətbuat konfransında çıxış edən "Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd etdi.

"Azerfon” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov isə, öz növbəsində, layihədən bəhs edərkən çoxşaxəli "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasından danışdı.

"İnanıram ki, bu təlimlər, müxtəlif peşə sahibləri olacaq gənclər üçün həvəsləndirici motivasiya olacaq və onların gələcəkdə işlə təmin edilmələrinə xidmət edəcəkdir. Onu da qeyd edim ki, "Nar” fiziki məhdudiyyətli şəxsləri işlə təmin edərək Azərbaycanın biznes mühitində belə bir nümunəni artıq göstərmişdir. Nitq və eşitmə imkanları məhdud olan şəxslərə dəstək istiqamətində atılmış növbəti uğurlu addım olan "Təlim məktəbi” layihəsi bizi son dərəcə fərəhləndirir və biz gələcəkdə də bənzər layihələrə dəstək verməyə davam edəcəyik”, - deyə Əziz Axundov jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi.

Artıq üç ildir ki, "Nar” nitq və eşitmə imkanları məhdud olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. "Təlim məktəbi” layihəsi bu xeyirxah ənənənin davamı olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərdən son dərəcə əhəmiyyətlidir.

"Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Baxılıb 4 977
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri kimlərdir? - SİYAHI