Dovletxeberleri.Az
» » 65 yaşdan yuxarı abunəçilərə təmənnasız xidmət - Azercell

25-03-2020, 12:0765 yaşdan yuxarı abunəçilərə təmənnasız xidmət - Azercell

65 yaşdan yuxarı abunəçilərə təmənnasız xidmət  - Azercell
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir.

MMC-dən verilən məlumata əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə Azercell-in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir.

Belə ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər.

İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə Azercell-in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq.

Qeyd edək ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, “Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.

Xatırladaq ki, Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell-in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
• “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
• Azercell Telefon Mərkəzi:
- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Milli Məclis TOPLAŞIRÇində koronavirusa yoluxanların 93 faizi sağalıbQənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcəkAbituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHIKoronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.Kurdəmir Regional Mədəniyyət İdarəsi. Beyləqan rayon Tarix Diyaşünaslıq muzeyiVətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir – ÖZƏLGenerallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsindəMəcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunurPlenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilibAlternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildiVirusun QƏNİMİ - Bu yolla “koronavirusun atası”nı yandıra bilərsiniz! - Loğmandan TÖVSİYƏDİM şagirdlərə müraciət etdiDüşmən pulemyotlardan kəndlərimizə atəş açdıBu gün iki Milli Qəhrəmanın doğum günüdürKoronavirusdan sağalan azərbaycanlı DANIŞDIDolların bu günə olan MƏZƏNNƏSİBirinci sinfə elektron qeydiyyat başlayırRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam DAYANDIRILDI“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham ƏliyevKarantin rejimi qaydalarını pozanlar həbs edildi“Dərs vaxtı”nın 30 mart cədvəliLaçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır.VİDEOPostlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHIPrezident və Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDAAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidirİrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdiTürkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilibNazir vəzifəsindən azad edildi - TürkiyədəOnlayn supermarket yaradıldıVətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəkGənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiAzərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİSabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHIPolşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildiTürkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı - Ərdoğandan xalqa müraciətAzərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİAzərbaycanda yeni tibbi spirt istehsalına başlanılıbPrezident və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblarYaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıqDeputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar - Spikerdən göstərişDüşmən təxribatının qarşısı alındı - DSX məlumat yaydıKapital Bank-dan təqaüdçülərə güzəştSürücülərə tibbi maska və spirt paylanırMilli Məclisin iclaslarının internet vasitəsilə keçirilməsi proseduru məlum olduİcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirilibBiz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - Azərbaycan əsgərindən xalqa MÜRACİƏTLaçın Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanmışdırKoronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır - Azərbaycanda