Dovletxeberleri.Az
» » SOCAR AQŞ Fonda 1,5 milyon vəsait köçürdü

23-03-2020, 08:04SOCAR AQŞ Fonda 1,5 milyon vəsait köçürdü

SOCAR AQŞ Fonda 1,5 milyon vəsait köçürdü
SOCAR AQŞ koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.

Xəbər verilir ki, SOCAR AQŞ Prezident İlham Əliyevin 19-da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb.

SOCAR AQŞ-nin daxil olduğu “NEQSOL Holding”in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb.

Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maskaların, teplovizorların, dezinfeksiya vasitələri və avadanlıqlarının, test dəstlərinin və süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil ediblər.

SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədlə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə koronavirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılıb.

Hazırda SOCAR AQŞ bütün iş sahələrində çalışan işçilərinin, onların ailə üzvlərinin, əməkdaşlıq etdiyi təsisatların, o cümlədən müştərilərinin, podratçılarının və subpodratçılarının sağlamlığının qorunması istiqamətində maarifləndirmə və qabaqlayıcı tədbirləri ardıcıl olaraq həyata keçirir. SOCAR AQŞ həmçinin yaşlı və xüsusi qayğıya ehtiyacı olan əməkdaşlarını və onların ailə üzvlərini belə çətin sınaqda tək qoymur, onların sosial təcridi və təminatı üçün bütün müvafiq tədbirləri xüsusi həssaslıqla həyata keçirir.

Belə ki, bütün iş sahələrində sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altındadır, bütün iş sahələrinə girişlərdə teplovizorlardan istifadə edilir, işçilərin hamısı qoruyucu maska ilə təmin olunub, bütün iş ərazilərində əllərin dezinfeksiyası üçün stansiyalar qoyulub, koronavirusa yoluxmamaq üçün maarifləndirici videotəlimatlar və posterlər hazırlanıb və kollektivin hər üzvünə çatdırılıb, müəssisənin istifadəsində olan bütün iş və məişət sahələrində müntəzəm olaraq müvafiq dezinfeksiya işləri aparılır. Effektiv əlaqələndirmənin təşkili üçün “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb, əməkdaşların iş yerlərinə təhlükəsiz şəraitdə çatdırılmaları üçün müvafiq nəqliyyat vasitələri təşkil edilib, xəstəliyin geniş vüsət almaması istiqamətində ofis işçiləri üçün evdən işləmə rejimi tətbiq olunub, istehsalat sahələrində də yeni iş rejimlərə keçid üçün addımlar atılıb və işçilərin xarici ölkələrə ezam olunması müvəqqəti olaraq dayandırılıb. Bütün daxili və kənar iclaslar müasir texnologiyaların tətbiqi vasitəsilə onlayn rejimdə həyata keçirilir.

Müxtəlif coğrafi nöqtələrdə çalışan istehsalat işçiləri və evdən işləyən ofis işçiləri arasında ünsiyyətin, birliyin və ruh yüksəkliyinin bu gərgin dövrdə daha da gücləndirilməsi üçün, SOCAR AQŞ korporativ onlayn radiosu fəaliyyətə başlayıb.

İnsan Kapitalı bölməsi tərəfindən işçilərin inkişaf etdirilməsi üçün videotəlimlər davam etdirilir. İnsan Kapitalı bölməsi həmçinin işçilərin və onların ailə üzvlərinin fiziki və psixoloji sağlamlığının qorunması üçün müxtəlif onlayn təşəbbüslər irəli sürür və tədbirlər həyata keçirir.

Qeyd edək ki, müəssisə əməkdaşları və onların ailə üzvləri arasında indiyədək koronavirusa yoluxma halı aşkar olunmayıb. Xəstəliklə mübarizəyə dair tədbirlər planının fasiləsiz icrası məqsədilə müəssisə daxilində yaradılan İşçi qrupu Novruz bayramı günlərində də öz fəaliyyətini onlayn rejimdə davam etdirərək, dövlət tərəfindən həyata keçirilən tədbirlər, müəyyən edilmiş qaydalar və verilən göstərişləri daim izləyir və tətbiqi üçün lazımi addımlar atır.

SOCAR AQŞ dünyada və ölkədə baş verən müvafiq mürəkkəb çağırışa cavab olaraq həyata keçirilən ümumdövlət və ümumxalq tədbirlərinə öz töhfəsini verir, üzərinə düşən missiyanı ləyaqətlə davam etdirir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDIBu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİNazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRARPrezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTOÜnvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcəkLaçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlamaSəhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlamaAzərbaycanda hər bir vətəndaşın hərəkətləri elektron cihazlar vasitəsilə izləniləcəkNeft bahalaşıbBaş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildiKoronavirus nə vaxt bitəcək? - Nazirlik rəsmisindən 3 suala 3 cavabBu şəxslərə aprelin 1-dən aylıq 250 manat mükafat ödəniləcək - Əli Əsədovdan sərəncamMikayıl Cabbarova yeni müavin təyin edildi - SərəncamSevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmirBaş Nazir qərar İMZALADIOrdumuzun Aprel zəfərindən 4 il ötürBu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalı günüdür100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaqÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədirGənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADISahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub