Dovletxeberleri.Az
» » Operativ Qərargah:Türkiyədən qayıdan Azərbaycan vətəndaşları 14-28 günlük karantinə yerləşdiriləcək

15-03-2020, 21:29Operativ Qərargah:Türkiyədən qayıdan Azərbaycan vətəndaşları 14-28 günlük karantinə yerləşdiriləcək

Operativ Qərargah:Türkiyədən qayıdan Azərbaycan vətəndaşları 14-28 günlük karantinə yerləşdiriləcək
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycan Respublikasına gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək.
Azərbaycana qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.
Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcəkdir:
- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;
- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;
- Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;
- Yaşlı olan, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.
Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDIBu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİNazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRARPrezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTOÜnvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcəkLaçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlamaSəhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlamaAzərbaycanda hər bir vətəndaşın hərəkətləri elektron cihazlar vasitəsilə izləniləcəkNeft bahalaşıbBaş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildiKoronavirus nə vaxt bitəcək? - Nazirlik rəsmisindən 3 suala 3 cavabBu şəxslərə aprelin 1-dən aylıq 250 manat mükafat ödəniləcək - Əli Əsədovdan sərəncamMikayıl Cabbarova yeni müavin təyin edildi - SərəncamSevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmirBaş Nazir qərar İMZALADIOrdumuzun Aprel zəfərindən 4 il ötürBu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalı günüdür100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaqÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədirGənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADISahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub