Dovletxeberleri.Az
» » Qız övladı olan ailələrə əlavə vəsait verilsin? – Deputatlardan CAVAB

11-03-2020, 09:49Qız övladı olan ailələrə əlavə vəsait verilsin? – Deputatlardan CAVAB

Qız övladı olan ailələrə əlavə vəsait verilsin? – Deputatlardan CAVAB
Hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür. Eyni zamanda müşahidələr göstərir ki, son illər doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət, ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur.



Vəziyyət belə davam edərsə, yəni oğlanların sayı artıb qızlarda azalma müşahidə olunarsa, bu, gələcəkdə Azərbaycanda ciddi demoqrafik problemlərin olmasına gətirib çıxara bilər.

Stimullaşdırıcı tədbir kimi, yeni doğulacaq qız uşaqlarına görə Milli Məclisdə pul ayrılması məsələsi müzakirə edilməsi mümkündürmü?

Ümumiyyətlə, belə addımın atılması qız və oğlan uşaqlarının sayında bərabərlik yarada bilərmi?



Məsələ ilə bağlı danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev qız uşaqlarının daha az dünyaya gəlməsi məsələsinin zaman-zaman müzakirə edildiyini bildirərək, say nisbətindəki fərqdən çıxış yolunun axtarıldığını vurğulayıb:



“Prinsipcə, kişilərin sayının artması bütün dünyada ciddi problemlərdən biridir. Xüsusilə şərq xalqlarında ənənəvi olaraq partriarxal ailə inistutu üstünlük təşkil etdiyinə görə oğlan uşaqlarına daha çox önəm verirlər. İndi isə çoxuşaqlı ailələr dəbdə deyil, artıq bu ənənə tarixə keçməkdədir. Hər ailə istəyir ki, bir, ya da iki uşağı olsun. 8-10 il əvvəl bu məsələni Milli Məclisdə dilə gətirib, qanun layihəsi kimi müzakirə etdik. Hətta qanunvericilikdə dəyişikliklər barədə təkliflər də verdik ki, ultrasəs müayinəsi qadağan olunsun, uşağın ana bətnində 3 aydan sonra abort olunması qadağan edilsin.

“Reproduktiv sağlamlığın qorunması haqqında” Qanunda birbaşa bu barədə müddəalar var. Hamiləliyin 12-ci həftəsindən sonra sosial göstərişlərə görə abort yalnız ananın, yaxud da körpənin həyati təhlükəsi olarsa mümkündür. Hələ ki, bu məsələlər müzakirə mövzusudur və qəti qadağalar yoxdur. Yəni bu cür abortlar təqdir olunmasa da tamamilə də qadağa olunmur. Lakin müəyən qədər müsbət nəticələr olsa da, təəssüf ki, bu problem tamamilə aradan qalxmayıb.

Onu da bildirim ki, 7-8 il bundan öncə qadınların sayı kişilərdən daha az idi, nəinki indi. Amma bu qadağalarla da dünya təcrübəsi göstərir ki, müsbət nəticələr əldə etmək olmur.

Ümumiyyətlə, ailə inistutlarının maarifləndirilmə işi aparılmalı, pediatrlar valideynlərə lazımi tövsiyələri verməlidir. Stimullaşdırıcı tədbirlərə gəldikdə isə dünya təcrübəsində bu, o qədər də öz nəticəsini verməyib. Bir neçə il bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də belə bir təkliflə çıxış etmişdi. Amma aparılan monitorinqlər də göstərdi ki, bu qədər də ciddi effekt vermir”.



Musa Quliyev dünyaya gələcək qız uşaqları üçün pul ayrılması məsələsində cəmiyyətdən mesaj gəlməli olduğunu da vurğulayıb:



“Mən özüm belə bir təklif vermişdim ki, universitetlərə qəbul olan qız uşaqlarının təhsil haqqını dövlət öz üzərinə götürsün. Bu da ölkədə qızların say azlığının aradan qaldırılmasına yönələn tədbir idi. Bütün bu tədbirlər ölçüb-biçilməli kompleks yanaşma ortaya qoyulmalıdır. Qız uşaqlarının doğulmamış öldürülməsi insan həyatına müdaxilədir və mədəniyyətədən kənar bir davranışdır.

Qız uşaqlarına görə pul ayrılması məsələsi hələ ki, real deyil, bu barədə cəmiyyətdən də mesaj gəlməlidir. Əgər qız uşaqlarının doğulmasına görə pul ayrılması barədə qanun qəbul edilərsə, o zaman da belə fikir ortaya çıxacaq ki, qanun oğlan uşaqlarının dünyaya gəlməsinə qarşı yönəlib. Amma deyim ki, Azərbaycanda o qədər də kritik vəziyyət yoxdur, artıq yavaş-yavaş məsələnin həllinə doğru gedirik. 1-2 il ərzində oğlanlara qarşı olan meyli aradan qaldırmaq mümkün deyil, amma zamanla müsbət nəticə əldə edə biləcəyimizi düşünürəm”.







Deputat Məlahət İbrahimqızı isə stimullaşdırıcı tədbir kimi doğulacaq qız uşaqlarına pul ayrılmasının önəmli olmadığını deyir:



“Düzdür, Azərbaycanda hazırda doğulan oğlan uşaqlarının sayı qızlardan daha çoxdur, amma yenə də aradakı fərqlər o qədər də böyük deyil. Mən özüm də araşdırma etmişəm ki, qızların dünyaya gəlməsində azalmanın olması qız uşaqlara mənfi yanaşmadan irəli gələn bir məsələ deyil. Artıq qadınlara baxış müsbət, verilən dəyər yüksəkdir.

Çox üzülürəm ki, 21-ci əsrdə qızların sayı oğlanlardan azdır. Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Düzdür, hələ ki, uşaq pulu məsələsi bizdə öz həllini tapmayıb, amma inanıram ki, yaxın illərdə bu problem də həllini tapacaq.

Qarabağ müharibəsi başlayandan ölkəmiz 10 minlərlə şəhid verib. Bu özü də ortaya ciddi problem çıxarır. Yəni oğlanların sayında artım olsa da şəhidlərimizi də unutmayaq. Bu öz növbəsində say nisbətinə təsir göstərir. Stimullaşdırıcı tədbir kimi, pul ayrılması önəmli deyil, ilk növbədə maarifləndirmə işləri aparılmalıdır.

Sosioloji-demoqrafik araşdırma aparılmalı, say nisbətinin az olmasının əsas səbəbi cəmiyyətə çatdırılmalıdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Milli Məclis TOPLAŞIRÇində koronavirusa yoluxanların 93 faizi sağalıbQənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcəkAbituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHIKoronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.Kurdəmir Regional Mədəniyyət İdarəsi. Beyləqan rayon Tarix Diyaşünaslıq muzeyiVətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir – ÖZƏLGenerallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsindəMəcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunurPlenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilibAlternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildiVirusun QƏNİMİ - Bu yolla “koronavirusun atası”nı yandıra bilərsiniz! - Loğmandan TÖVSİYƏDİM şagirdlərə müraciət etdiDüşmən pulemyotlardan kəndlərimizə atəş açdıBu gün iki Milli Qəhrəmanın doğum günüdürKoronavirusdan sağalan azərbaycanlı DANIŞDIDolların bu günə olan MƏZƏNNƏSİBirinci sinfə elektron qeydiyyat başlayırRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam DAYANDIRILDI“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham ƏliyevKarantin rejimi qaydalarını pozanlar həbs edildi“Dərs vaxtı”nın 30 mart cədvəliLaçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır.VİDEOPostlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHIPrezident və Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDAAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidirİrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdiTürkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilibNazir vəzifəsindən azad edildi - TürkiyədəOnlayn supermarket yaradıldıVətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəkGənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiAzərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİSabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHIPolşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildiTürkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı - Ərdoğandan xalqa müraciətAzərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİAzərbaycanda yeni tibbi spirt istehsalına başlanılıbPrezident və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblarYaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıqDeputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar - Spikerdən göstərişDüşmən təxribatının qarşısı alındı - DSX məlumat yaydıKapital Bank-dan təqaüdçülərə güzəştSürücülərə tibbi maska və spirt paylanırMilli Məclisin iclaslarının internet vasitəsilə keçirilməsi proseduru məlum olduİcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirilibBiz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - Azərbaycan əsgərindən xalqa MÜRACİƏTLaçın Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanmışdırKoronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır - Azərbaycanda