Dovletxeberleri.Az
» » Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir

28-02-2020, 10:54Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir

Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilir.



Sənəddə bu sahədə işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilir. Qaydaya əsasən, övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu nazirlik özünün və Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və kredit bürolarının informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparacaq.



Övladlığagötürmə prosesinin elektron sistem üzərindən aparılması ilə bağlı qaydaların təqdim edildiyi sənəddə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu və onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması vacib prinsiplərdən biri kimi diqqəti cəlb edir. Yəni Qayda bütün tərəflərdən - ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları və s. baxımından övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun dəqiq müəyyən olunmasını və nəticəsinə uyğun qərar verilməsini nəzərdə tutur.



Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.



Hər bir valideyn-namizəd, onunla birgə yaşayanlar və s. barədə məlumatlar əldə edildikdən sonra valideyn-namizədlə müsahibələr keçirilməsi, maddi-məişət şəraitinin müayinəsinin aparılması, onun üçün təlimlərin təşkili nəzərdə tutulur. Valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə də valideyn-namizədin uçotdan çıxarılması nəzərdə tutulur. Təlimin sonunda valideyn-namizədin övladlığagötürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi və s. qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, e-sistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir.



Valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur. Nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəməyə rəy təqdim edilir.



Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəbhədə gərginlik artıb - düşmən aktivləşib190 manat üçün birdəfəlik ödəmədə növbə bu rayonlarındırDeputatlar bu gün toplaşır - Baş Nazir videohesabat verəcək“Dövlət hər ailəyə pul ayırır ki, evdən çölə çıxmasın” - MÜSAHİBƏ"Bəzi sahibkarlar süni qiymət artımına meyl göstərir" - Nazir müaviniMahirə Əsədova 60- dan artıq ehtiyacı olan vətəndaşımıza DƏSTƏK OLDU+YENİLƏNDİMaliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...”Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər”Biz dayanmadan ehtiyacı olan ailələrə ölkə rəhbərliyinin adından yardım edirik.Koronavirusdan zərərçəkən sahibkarlara belə yardım ediləcək - ŞƏRTLƏRPrezidentdən 35 min nəfəri sevindirəcək SƏRƏNCAM“Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDIYeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..190 manatı almaq istəyən işsizlərin qeydiyyatı BAŞLADIİşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - Nazirlikdən reaksiyaPensiyaların ödənilməsinə başlanıldı - Rayonlar üzrə SİYAHIYAP Səbail rayon Gənclər Birliyi karantin rejimində də fəaliyyətinə davam edirErmənilər atəşkəs rejimini 24 dəfə pozubHökumətdən daha bir qərar: əlillik müddəti uzadıldıSevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırırGülağa Məmmədovun Azərbaycana gətirdiyi Təbrizli SƏNƏTKARBakıda 15 gün karantində qalan jurnalist ordakı şəraitdən YAZDI - FOTO“İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var” - NazirHeydər Əliyev Mərkəzindən İrana dəstəkŞəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQİşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcəkAztəminatlı tənha təhsil işçiləri diqqət mərkəzində saxlanılır.Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE