Dovletxeberleri.Az
» » XOCALISIZ 28 İL

25-02-2020, 21:23XOCALISIZ 28 İL

XOCALISIZ 28 İL
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Artıq Xocalı faciəsindən 28 il ötür.

Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi - “Xocalı soyqırımı günü” elan olunub.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımıdır.

Xocalıda törədilən soyqırımı azərbaycanlılara qarşı törədilən ilk sistemli cinayət aktı deyil, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı ilə yanaşı, qabaqcadan düşünülmüş şəkildə mülki azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Bundan başqa, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, itkin düşüb, kəndlər isə yandırılaraq yer üzündən silinib.

Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi, Avropa Parlamentinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, həmçinin, xalqımıza qarşı törədilən cinayətlərə ədalətli siyasi-hüquqi qiymətin verilmədiyini dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə bəyan etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işə mühüm töhfədir.

Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.

BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.

75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin Təhlükəsiz Şurasının Qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır".

Sonda qeyd edilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
XOCALISIZ 28 İL
XOCALISIZ 28 İL
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDIBu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİNazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRARPrezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTOÜnvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcəkLaçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlamaSəhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama