Dovletxeberleri.Az
» » Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”

23-02-2020, 12:25Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”

Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”
Dünən Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə həyata keçirilən aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız qatılıb.


Bəs aksiyanın əhəmiyyəti nə ola bilər?
Aksiya iştirakçılarının dünənki Ümumavropa Qarabağ mitinqindən gözləntiləri nədir?
Aksiyada iştirak edən bir neçə Koordinasiya Şurası əlaqələndiricisinin fikirlərini öyrənməyə çalışıb.Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev qeyd edib ki, dünən keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyəti böyükdür:
“Builki aksiya keçən il Brüsseldə keçirilən aksiyanın davamıdır. Artıq bu aksiya daha çox insanları, xüsusilə, gəncləri cəlb edir. Dünənki aksiyada hiss olunurdu ki, insanlar iştirak etməyə, aktiv olmağa daha çox canır. Hətta bizə müraciət edən elə insanlar vardı ki, biz onlara “yox” demək məcburiyyətində qaldıq. Çünki meydanda insanların sayı çox idi. Meydana yerləşə bilmirdik. Həm tədbir vaxtı, həm də tədbirdən sonra sözümüzü dünya ictimaiyyətinə çatdıra bildik. Bizə xeyli sayda insanlar yaxınlaşırdı. Öz adıma deyim ki, mənə 20-yə yaxın insan yaxınlaşaraq tədbirin məğzini, nə üçün təşkil olunduğunu, bayrağımızın hansı ölkəyə aid olduğunu soruşurdu. Təbii ki, bizə yaxınlaşıb sual verən insanlara Xocalı soyqırımının kim tərəfindən törədildiyini, qanlı tarix barədə ətraflı məlumat verdik”.

Emil Əliyev Xocalını başqa dillərdə anlatmağa çalışdıqlarını da bildirib:
“Berlində 3 milyondan çox insan yaşayır. Eyni zamanda, mərkəzdə turistlərin də sayı çoxdur. Digər ölkələrdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin dilində çıxış edirdilər. Bu da çox uğurlu yanaşma idi ki, həmin ölkələrin vətəndaşlarına Xocalını anlatmağımızda yardımçı oldu. Hesab edirəm ki, soyqırımın tanıdılması istiqamətində informasiyanı geniş formada çatdıra bildik. Bir arzumuz var. Dağlıq Qarabağ azad olsun və gələn il belə aksiya keçirtməyək. Ancaq Xocalı soyqırımını heç zaman yaddan çıxartmayaq. Xocalıda zəfər paradı keçirək”



Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov deyir ki, Ümumavropa Qarabağ mitinqi gözlədikləri kimi olub:

“Avropanın mərkəzi şəhərlərindən olan Berlində Azərbaycan bayraqları dağlandı. Hər halda, soyqırımın beynəlxalq dünyaya çatdırılması bu formada qürurvericidir. Dünyada yaşayan azərbaycanlıların bir araya toplaşması, Qarabağ üçün ədalət istəməsi, ümumilikdə Xocalı soyqrımının dünya ictimaiyyətinə bir neçə dillərdə çatdırılması, eləcə də, Amerika, Fransa kimi ölkələrin səfirliklərinin önündə çıxışlar etmək böyük hadisədir. Tədbir iştirakçılarının bir qismi gələn il hansısa ölkədə belə mitinqin keçirilməsini desə də, ümumi olaraq bir arzumuz oldu. Gələn il qələbə paradını işğal altında olan torpaqlarımızda keçirək. Belə tədbirlərin keçirilməsinə ehtiyac olmasın. Gələcəkdə gözləntilərimiz odur ki, cənab prezidentimizin əmri ilə Qarabağ işğaldan azad olunsun. Avropada yaşayan soydaşlarımız bir daha sübut etdi ki, cənab prezidentimizin arxasındayıq”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Evdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdiGürcüdtanda: Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”Ramiz Mehdiyev maaşının 50 faizini fonda ianə etdiKoronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.Azərbaycanda nazirdən yeni TƏYİNATPrezident Bakı-Sumqayıt yolundakı vəziyyətlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)Nazir həbs olunan drektorun yerinə TƏYİNAT ETDİLaçın Taxta körpü Qəsəbəsində İmtiyazlı xəstələr göstərilən dövlət qayğısından razıdırlar.Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olunduGəncədə karantin rejimini pozanlar cərimələnibCavab SMS-i olmadan evdən çıxmaq olmayacaqPrezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAMSubsidiya alan fermerlerə şad xəbər!Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyirAprelin 4-ü Çində ümumxalq hüzn günü elan edildiVətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcəkAzərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdırMəleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDIAzərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDIBu sahələrdə fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİNazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRARPrezident Sahil Babayevə yeni müavin təyin etdi - FOTOÜnvanlı yardımın təyin olunma müddəti bitən ailələrə şad xəbər - Davam edəcəkLaçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı açıqlamaSəhiyyə komitəsinin onlayn iclası keçirildiPrezidentdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTOİcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydıHökumətin hesabatı bu gün deputatlara paylanılacaqAztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər - İbrahim MəmmədovDeputatların “WhatsApp” qrupu YARADILDIXİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlamaAzərbaycanda hər bir vətəndaşın hərəkətləri elektron cihazlar vasitəsilə izləniləcək