Dovletxeberleri.Az
» » Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

19-02-2020, 18:26Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
2020-ci il 19 fevral tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov iştirak etmişdir.
İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığını, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığını bildirilməklə, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə də xeyli abadlıq və quruculuq işlərinin aparıldığını bildirmişdir. Məruzədə həmçinin minnətdarlıq hissi ilə bildirilmişdir ki, Ağcabədi rayonunun Taxta Körpü ərazisində 645 ailəlik müasir tipli 3 qəsəbənin, eyni zamanda rayonun ümumtəhsil müəssisələri üçün 2 modul tipli məktəb binasının quraşdırılması laçınlı köçkünlər tərəfindən razılıqla qarşılanmışdır.
Hesabat dövründə Taxta Körpü ərazisində çınqıl örtüklü avtomobil yollarının 22,3 km hissəsində cari təmir və yolların saxlanması işləri görülmüş, ərazidə məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işlərinin görüldüyü, 12000 metr naqil xəttinin yenisi ilə əvəz olunduğu, obalarda 8 ədəd yeni transformatorun quraşdırıldığı, 10 ədəd transformatorun əsaslı təmir edildiyi barədə geniş məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, obalarda əhalinin içməli su təminatını yaxşılaşdırılması üçün mövcud su-nasos stansiyaları təmir edilərək, istismar müddətini başa vurmuş 1560 metr su xətti yenisi ilə əvəz edilmiş, 157 km suvarma kanalı lildən təmizlənmişdir.
Həmçinin qeyd edilmişdir ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2019-cu il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 50 səyyar qəbul keçirilmiş, 3725 nəfərin iştirak etdiyi bu qəbullarda 609 nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılmış, yerlərdə mümkün olan problemlərin həll olunması üçün aidiyyəti təşkilatlara göstərişlər verilmişdir.
Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirmişlər.
Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən obalarararası çınqıl örtüklü avtomobil yollarının əsaslı təmiri, Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə mexaniki tipli qaz sayğaclarının smart tipli sayğaclarla əvəz olunması və qəsəbəyə təsərrüfat suyunun çəkilməsi kimi təkliflər bildirilmişdir.
Sonda qarşıda duran vəzifələrin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Laçın rayonu üzrə 2019-cu ildə görülmüş işlərin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYEPrezident əfv sərəncamı İMZALADIİlham Əliyev Akif Çovdarovu ƏFV ETDİAzərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham ƏliyevAhıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidirİlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADIİşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılırİlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİPensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsizVergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDIBəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanırPrezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDANazirlikdən kasıb tələbələrin təhsil haqları ilə bağlı AÇIQLAMAHökumətin hesabatına əlavələr edildiElman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək?Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılarCəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutubKoronavirusu 48 saat içində məhv edən dərman tapılıbİndoneziyada 6,1 bal gücündə ZƏLZƏLƏ"İctimai Qərargah ictimai sektorun potensialını tam səfərbər edəcək" - Azay QuliyevSalyanda tibbi maskaların tikilməsinə başlanıldı.FOTOAzərbaycanda koronavirusdan 2 nəfər öldüASAN-dan tövsiyə: SMS müraciətlərini 1 saat öncədən həyata keçirsinlərEvdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQMillət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp