Dovletxeberleri.Az
» » Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı AÇIQLANDI

14-02-2020, 14:45Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı AÇIQLANDI

Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı AÇIQLANDI
“Azərbaycan Tibb Universitetinə (ATU) bu il imtahan verən tələbələr yeni yaradılmış ixtisasları da seçə biləcəklər. “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi” ixtisaslarının hər biri üzrə 30 yer, “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları üzrə 15 yer planlaşdırılıb”.



Dovletxeberleri.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbəsinin müdiri Samir Cavadov deyib.



Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilərək, yeni ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi”, magistratura üzrə isə “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları əlavə edilib: “Son zamanlarda səhiyyə sahəsində də geniş islahatlar aparılır. Dünyada bu ixtisaslar mövcud olsa da, bizdə hələ ki, bunun əvəzləyicisi yox idi. Məsələn, “Fizioterapiya və tibbi reabilitasiya” mütəxəssisləri Azərbaycan Tibb Universitetindən, yaxud digər tibb müəssisələrindən məzun olan həkimlər idi. Lakin həkimlər həmin ixtisas üzrə mütəxəssisləri tam olaraq əvəz edə bilmirlər. Çünki həkimlər o sahə üzrə daha çox müalicə-planlama işi ilə məşğuldurlar və müalicəni tətbiq etmək tibb bacılarının, yaxud o sahə üzrə mütəxəssisləşmiş digər orta tibb işçilərinin üzərinə düşürdü. Eyni zamanda ölkə Prezidentinin “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncamına əsasən, dünyada mövcud olan ixtisaslara uyğunluğu təmin etmək üçün bu ixtisaslara zərurət yaranırdı. Buna görə ATU rəhbərliyi aparılan islahatlar çərçivəsində bu ixtisasların yaradılması qərarını verdi. Səhiyyə və Təhsil nazirliklərinə müraciət edərək bu ixtisasların yaradılması üçün icazə istədi. Artıq bu ixtisaslar təsdiqlənib”.



O, “Tibb bacısı işi”nin Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas olduğunu diqqətə çatdırıb: “Düzdür, orta tibb təhsili müəssisələrində bu ixtisas üzrə iki illik proqram vardı. Dünyada da tibb bacısı ixtisası iki illik təhsil şəklində fəaliyyətə başlamışdı, sonradan isə onların ali təhsil almaq zərurəti yarandı. Bakalavr təhsili zamanı “Tibb bacısı” ixtisasını öyrənənlər daha çox komanda şəkilində işləmək bacarığı qazanırlar. Həkimlər əsasən diaqnozun qoyulması, müalicənin planlaması və xəstələrin müalicələrinin gedişi ilə məşğuldurlar. Lakin müalicənin aparılması tibb bacılarına həvalə olunur. Dörd illik təhsildə daha çox onların baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris ediləcək. Eyni zamanda bu ixtisas üzrə məzunların ixtisaslaşması aparılacaq, hər bir sahə üzrə “neyrocərrahiyyədə tibb bacısı”, “cərrahiyyədə tibb bacısı”, “pediatriyada tibb bacısı” kimi ixtisaslaşmalar həyata keçiriləcək. Təəssüf ki, hələ bizdə bu ixtisaslaşmalar yoxdur. Tibb bacısı bakalavriat təhsili olduğuna görə, bu ixtisası bitirənlər sonradan magistratura təhsili də ala bilərlər, eyni zamanda doktorantura-dissertantura üzrə təhsillərini davam etdirərək elmi-tədqiqat işləri ilə də məşğul ola bilərlər ki, bu da Azərbaycan tibbində yeni bir çağın başlanğıcı olacaq”.



S.Cavadov qeyd edib ki, bir çox insanları orta ixtisas təhsili müəssisələrində tədris edilən iki illik “Tibb bacısı işi” ixtisasının taleyi də narahat edir: “Bu ixtisasların gələcək taleyi barədə danışmaq tezdir. İndiyə qədər məzun olanlar öz işlərini tibb bacısı ixtisası üzrə davam edəcəklər. Orta tibb təhsili müəssisələrinin məzunları arzuladıqları təqdirdə tibb bacısı ixtisası üzrə bakalavr təhsili ala biləcəklər. Texnikumdan məzun olan tələbələr “Subbakalavr təhsili olanların ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunması qaydaları” daxilində təhsillərini davam etdirə bilərlər. Tələbələr iki il aldığı təhsildən əlavə yenidən dörd il təhsil alacaq, lakin bu təhsil zamanı əvvəl öyrəndiyi bir çox fənlərlə uyğunluq varsa, həmin fənləri ali təhsil müəssisəsində öyrənməyə bilər. “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncama uyğun olaraq hazırkı proqramlar dünyada mövcud olan ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılacaq. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Eləcə də dərs vəsaitləri dünyada mövcud olan proqramlar üzrə hazırlanacaq”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sumqayıtdan göndərilən yardım Çinin Mienyen şəhərinə çatdıMehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiriDOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq - Süleyman İsmayılovBaş həkim koronavirusdan öldüTürkiyə və Rusiya diplomatları danışıqlara bu gün davam edəcəkAli və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİSahib Ələkbərov:MÜSAHİBƏRövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcəkNazirlikdən pensiyaçılara XƏBƏRDARLIQZakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTOSəfər Mehdiyev müşavirə keçirdi - FOTOLARLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şirvan şəhərində keçirilmişdir.Ağcabədi rayonunda hesabat yığıncağı keçirilibPrezident Hacıqabula 4.9 milyon manat ayırdıVilayət Eyvazov mayoru rəis təyin etdiYAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏTRobotlar xərçəng müalicəsində inqilab edəcəklər"Paşinyan yalan danışır, mən elə söz deməmişəm" - Ayaz MütəllibovAzərbaycan güləşçisi Avropa çempionatının gümüş medalını qazandıİlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ - DETALLARİlham Əliyev Münhendə Paşinyanı susdurduİlham Əliyevlə Paşinyanın görüşü başlayıbŞikayətləri DSK-da baxılacaq dairələr - SİYAHIAzərbaycanın hərbi qulluqçusu şəhid olubDİN sözçüsündən XƏBƏRDARLIQ: Razılaşdırılmamış yerdə mitinq keçirilsə...Hindistan Ərdoğanın Kəşmir çıxışına sərt reaksiya VerdiÇindən Türkiyəyə təxliyyə olunan azərbaycanlılar artıq BakıdaMSK-nın növbəti iclasının vaxtı AÇIQLANDIPrezident Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşübXəzər dənizinə tökülən çay bağlana bilərErmənilər Muncuqlu kəndini atəşə tutduRusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca “dövlət” kimi təqdim edir - FOTOFAKTSabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkCəbrayıl Həsənov da ermənini məğlub etdiMəşhəd və Kərbəla ziyarətləri - QMİ turizm şirkətlərinə rəqabətdə uduzurİşsizlərə ŞAD XƏBƏR - Dövlət 250 AZN pul ödəyəcəkÇində yeni növ koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatdıGörkəmli alim Arif Paşayevin doğum günüdür!Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada öldüPrezident Avropa İttifaqının komissarı ilə görüşdü - FOTOZakir Fərəcov bu məktəbdə oldu, şagirdlərlə görüşdü – FOTOBu tibbi ləvazimatların ölkədən çıxarılması qadağan edildi - Baş nazirdən qərarUEFA "Mançester Siti"ni Çempionlar Liqasından kənarlaşdırdıPrezident İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİBQarabağda daha bir erməni əsgər öldü“Münaqişə yalnız mərhələli qaydada həllini tapmalıdır” - Prezidentin köməkçisiZakir Fərəcov növbəti səyyar qəbul keçirib – FOTOLARSabiq təhsil şöbəsinin müdirinə açılmış cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib – HƏBS OLUNA BİLƏRİmişlidə ağır qəza: 1 ölü, 2 yaralılham Əliyev Tokayevlə görüşdü - YENİLƏNİB