Dovletxeberleri.Az
» » KİCİK TOY MƏCARASI (Olmuş hadisə) Esmira ŞÜKÜROVA

13-02-2020, 13:57KİCİK TOY MƏCARASI (Olmuş hadisə) Esmira ŞÜKÜROVA

KİCİK TOY MƏCARASI (Olmuş hadisə)  Esmira ŞÜKÜROVAKİCİK TOY MƏCARASI (Olmuş hadisə)
Esmira ŞÜKÜROVA
Biri də varmış, biri yox Sibirin Şimal Buzlu okeanı sahillərində məskunlaşan xantlarla birlikdə Ağdam sakini bir soydaşımız da yaşayırmış. Xantların əsas məşğuliyyəti maral saxlamaqdır. Kərəm adlı soydaşımız da onlarla bərabər maral saxlamaqla məşgul idi. Günlərin birində həmvətənlərimiz mənə telefon açıb dedilər ki, bəs xanım, qəzetində gərək bu Kərəmi biabır rüsvay edəsiniz. Adımızı-sanımızı büsbütün bədnam edir. Dedim, - bir dayanın görək. Axı, bu Kərəm neyləyib ki, siz belə odlu, alovlu danışırsınız. Dedilər ki, - Daha bundan artıq nə eləməlidir ki? Keçən il 12 yaşlı oğluna dəmdəsgahla sünnət edib, bu il yenə də hamıya xəbər göndərib ki, oğlumun kiçik toyuna mütləq gəlməlisiniz. İndi ya siz, ya da özümüz bu Kərəmin dərsini verməliyik.
Sözün düzü, bu olay mənə də çox pis təsir etdi. Kərəmin telefon nömrəsini əldə edib, məsələnin nə yerdə olduğunu öyrənməyə çalışdım.
- Kərəmlə danışıram?
- Bəli. Düppədüz Kərəmə zəng etmisiniz.
- Kərəm, barəndə heç də xoşa gəlməyən söz-söhbət gəzir. Deyirlər, oğluna ikinci dəfə yenidən kiçik toy edirsən. Bu barədə nə deyə bilərsən?
- Lap düppədüz söhbətdir. Bəli, oğluma kiçik toy edirəm. Burda nə var ki?
- Axı camaat keçən il sənin oğlunun kiçik toyunda iştirak edib. Bu necə ola bilər?
- İştirak ediblər, canları sağ olsun. Yenə də iştirak etməlidilər.
- Bu məcburidir?
- Bəli, hamı bir nəfər kimi toya gəlməlidir.
Bu yerdə düzü mən çox hiddətləndim və soruşdum:
- Siz bu uşağı kəsdirə-kəsdirə başına nə oyun açmaq fikrindəsiniz?
Bu zaman Kərəm təəccüblə soruşdu:
- Kim deyir ki, mən kəsilən uşağı bir də kəsdirirəm?
- Belə çıxır ki, camaatı aldadırsınız? Məqsədin pul yığmaqdır?
- Xeyir xanım. Şükür Allaha ki, marallarım mənə yetərincə pul qazandırıb. Heç kimin puluna ehtiyacım yoxdur.
- Bəs məqsədin nədir?
- Hə, indi gəldik mətləb üstünə. Deyim biləsiniz ki, mən burada bir xantın ailəsi ilə birlikdə yaşayıram. Onun da bir oğlu var. Uzun sözün qısası, onlara o qədər adət-ənənələrimizdən, müsəlmançılığımızdan danışmışam ki, deyirlər bizi də müsəlman eylə. Mən də bildirdim ki, elə gəl oğlundan başlayaq. Xantı başa salmışam ki, oğlun sünnət olmasa müsəlman ola bilməz. O da razılaşıb. İndi bütün yemək-içməyi, musiqisi, oxumaq-oynamağı ilə xantin oğluna kiçik toy keçirdirəm. Bəyəm pis iş görürürəm? Bir müsəlman da artırıram də! Siz də gəlin, bütün dost-tanışlara da deyin ki, hamı bu toyda bir nəfər kimi iştirak etsin. Heç nəyə də narahat olmayın. Hər şey mənlikdir.
- Ay sənin oynun olsun, Kərəm. Çox gözəl, təqdirə layiq bir iş tutmusan. Bu şad xəbəri hamıya çatdıracam. Arxayın ol.
Beləliklə də Kərəmin təşkil etdiyi xeyir işdə bütün soydaşlarımız sevinclə, deyə-gülə iştirak etdilər. Ağdamlı Kərəm də belə Kərəmimiş.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTONATO Türkiyəyə görə təcili iclasa toplanırÖvladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilirDövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMAVilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik“Azərbaycan İranla sərhəddə səyyar hospitallar təşkil edir” - RƏSMİAzərbaycanlı şahmatçı birinci olduPrezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİAzərbaycanda koronavirusa görə qərargah yaradıldıValideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİCenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİBTƏBİB koronavirusla bağlı broşürlər hazırladıYardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandıSumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilibTÜRKİYƏNİN ÜC MƏŞHUR HƏKİMİ YALNIZ MİLAN HOSPİTALDA...Parlament-seçkilərii ilə baglı yekun qərar verildi lider namizədlərin siyahisi.Vilayət Eyvazovdan yeni rəis təyinatıLaçın rayon Çıraqlı tam orta məktəbində Xocalı soyqırımından 28 il ötür adlı tədbir keçirilmişdir“Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisiLaçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdirƏrdoğanın Azərbaycana səfəri başa çatdıXOCALISIZ 28 İLİlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXIİlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev