Dovletxeberleri.Az
» » Cənab Prezident, Sizə GÜVƏNDİM…

29-01-2020, 11:53Cənab Prezident, Sizə GÜVƏNDİM…

Cənab Prezident, Sizə GÜVƏNDİM…
Möhtərəm cənab Prezident,

Sizə şikayət etmək istəyirəm. Əslində bu şikayəti minlərlə Azərbaycan insanının sözləri də hesab etmək olar. Ötən ildən ölkədə çoxlu köklü dəyişikliklər baş verir. İnsanlarda haqqını və hüququnu yeyən, onu adam yerinə qoymayan məmurlardan nəhayət canı qurtaracağına inam artığı bir vaxtda Milli Məclisdən YAP-çı deputatlardan inanılmaz müraciət oldu- Milli Məclis buraxılsın. Siz də Parlamentin buraxılmasına razılıq verdiniz. Nəhayət cəmiyyətdə bir daha əminlik yarandı, insanlar dərin nəfəs aldılar. Bu yeniliklərə güvənərək mənim kimi onlarla insan növbədənkənar Parlament seçkilərində iştirak və Azərbaycan insanına sübut etmək istədik ki , bizdə də demokratik və şəffaf seçki keçirilə bilər. Amma nə olsa da xalqda bu seçkilərdə sıradan, dayısız, filansız kiminsə deputat seçiləcəyinə inamının az olması işi çətinləşdirirdi. İllərdir seçkilərdə seçici fəallığnın aşağı olması inamsızlıqla bağlıdır. Çox qəribə bir məqam yarandı,özünü buraxan deputatlar yenidən namizədliklərini verdilər. Onların sırasında vətəndaş cəmi 10-15 deputatı yeni Parlamentdə görmək istəyərdi. Lakin xalqla kimdi hesablaşan… hər yerindən duran özünü siyasətçi sayaraq,müraciət etdi. Deyəcəksiniz hər bir vətəndaşın haqqıdır ki, təmsil olunsun. Lakin demokratiya heç də anarxiya deyil, bir vətəndaşın pozulan haqqını müdafiə etməyən, yalnız öz maraqlarını güdənlər özlərini Milli Məclisdə gördülər. Seçkiyə qatılmaq istəyənlər bir həftə sonra qəribə mənzərə ilə üz-üzə qaldılar. İmzatoplama zamanı deputatlığa namizədlərə mane oldular. Ərazilərə buraxılmır, onlara imza verənlər təhdid və təqib olundular. Maraqlıdır, imza verənlərin siyahısı dairə seçki komissiyalarına təqdim olunduğu halda rayon və şəhər icra başçılarının masasının üstünə necə gəlib? Namizədliyi qeydə alınanlar daha bir sürprizlə qarşılaşdılar. YAP və dövlətdə müəyyən vəzifə tutanlara təbliğat-təşviqat zamanı hər cürə şərait yaradıldı. Onlarla görüşə rayonlarda kənd icra nümayəndəlikləri, bələdiyyə işçiləri, təhsil və digər sahələrdə dövlətdən maaş alan vətəndaşlar cəlb olundular. Onlar nəqliyyat vasitələri ilə daşındılar. Ən acınacaqlı və faciəli məqam cənab Prezident, hər yerdə Sizin adınızdan müəyyən şəxslər tərəfindən dövrüyyəyə buraxılan “Prezident bu şəxsi dəstəkləyir, yuxarıdan bu tapşırılıb, qutudan da bunun adı çıxmalıdır” kimi dezinformasiyaların əhalinin beyninə yeridilməsidir.Bu əslində həmin şəxslərin dövlətdən necə dəstəkləndiyinə işarədir. Lakin digər deputatlığa namizədlər yalnız fərdi görüşlər keçirə bildilər.
Cənab Prezident,
İndi də bir qədər özüm barədə danışmaq istəyirəm. Növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyimi irəli sürdüm. Sənədlər qeydə çox çətinliklə alındı. Bərdənin icra başçısı sifariş göndərmişdi ki, namizədliyini verməsin. Bizə yuxarıdan tapışırıq var, həmin şəxs dəstəklənməlidir. Nəhayət dekabrın 21-də imza vərəqələrini səlahiyyətli nümayəndə təhvil aldı. Bir neçə gün keçsə də nümayəndələrim nədənsə imzaları toplamadılar. Müxtəlif bəhanələr oldu. Məsələnin ciddiliyini öyrəndim. İmzatoplama prosesində Bərdə rayonunun icra başçısı Vidadi İsayev seçki qanununu pozaraq tabeliyində olan qəsəbə və bələdiyyə sədrlərinə tapışıraraq mənim , nümayənlələrimin kəndlərə girməyimizə , imza toplamağımıza mane oldu. İmza toplayanlar müxtəlif bəhanələrlə hədələndilər. Maraqlıdı ailəlikcə, həyatının 32 ilini Azərbaycan televiziyasında dövlətçiliyə xidmət edən şəxs olaraq Vidadi İsayev tərəfindən niyə nüfuzdan salınmaq cəhdləri ilə, süni əngəllər yaradılır? Nədən Vidadi İsayev dövlətin yanında olan Mətanət Əsgərqızına qarşı dözülməz mühit yaradır, digər şəxsi himayə edir? Bununlada dövlətini sevən Mətanət Əsgərqızını ölkə rəhbərliyindən narazı salmaq istəyir? Görünür belə icra başçıları məqsədli şəkildə bunu edirlər. Bərdədə başçı tərəfindən hər yerə tapşırılıb ki, izlənim. Seçki prosesi üçün kimlər mənə kömək edirsə aşkarlanıb onlara qadağa qoyulur . Bərdə rayonunun Qasımbəyli, Əmirli, Kətəlparaq, Alpoud, Şahvəlilər, Hacallı, Xanərəb və s. kəndlərində yerli icra nümayəndələri, Əmirlidə kənd YAP sədri belə kəndə girməyimə maneçilik törətdilər. İmzatoplama zamanı mənə kömək edən kənd sakininin həyat yoldaşı olan süpürgəçini Şahvəlilər kənd məktəbinin direktoru hədələdi- Əgər həyat yoldaşın o qadına kömək etsə, səni işdən qovacağam. Bir də Vidadi İsayev o qədər ağlını itirib ki, “bunu mənə tapşırmayıblar. Kim tapşırıldısa sandıqdan o çıxacaq ” toplantı keçirərək bunu bəyan edir. Adamlara deyilir ki, sizin seçəcəyiniz millət vəkili filankəsdi. Seçkidə də yalnız ona səs verin. Kim gəlsə qovun, imza verməyin. İnsanlar da deyirlər ki, seçkiyə getməyəcəyik. Onsuz da deyirlər yuxarıdan tapşırılan seçiləcək. Nəhayət şəffaflıq, məmur özbaşınalığına son qoyulması üçün Sizin başladığınız qətiyyətli addımlara inamımız artdığı halda belə başçıların hərəkətləri narahatlıq yaradır. Mən qeyd etdiyim faktları dəqiqləşdirəndən sonra Vidadi İsayevin qəbulunda oldum.Yuxarıdakı faktları onun nəzərinə çatdırdım. Dedi ki, seçki prosesinə qarışmır. Lakin bir neçə saat sonra tabeliyində olan şəxslərlə toplantı keçirərək “bu qadına imkan verməyin səs toplasın.Elə edin ki, səslər etibarsız sayılsın” əmrini verib. Bərdədə bir qəribə situasiya ilə də rastlaşdım. Əhalinin səksən faizində şəxsiyyət vəsiqələri kənd, bələdiyyə sədrləri və məktəb direktorları tərəfindən müxtəlif bəhanələrlə yığılıb. Bir fakt da narahatlıq doğurur. Rayon Polis İdarəsi və ASAN Xidmət tərəfindən verilən Şəxsiyyət vəsiqələrində çəkilən imzaların çoxu vəsiqə sahibinin deyil. Bu hansı məqsədlə edilir deyə bilmərəm. Amma məncə bu elə seçkiyə hesablanıb. Həm də kimi sıradan çıxarmaq istəyirsən bu faktdan istifadə et.
Yuxarıda qeyd etdiklərimi 94 saylı Bərdə kənd seçki dairəsininin sədri Namiq Quliyevi üç dəfə şifahi məlumatlandırmışam. Onu da qeyd etmişəm ki, icra başçısının seçkiyə rəhbərlik etməsi qanuna ziddir. Cinayət əməlidir. Bunu cənab başçının nəzərinə çatdırın. Maraqlı məsələlərdən biri də topladığım imza vərəqələrinin, vətəndaşların siyahısının , Bərdə Rayon İcra Hakimiyyəti başçısının əlinə keçməsidir. Bununla da həmin şəxslərə, onların ailə üzvlərinə, qohumlarına təhdidlər və hədələr olub.
Qarşıda çox ciddi sınaq gözləyir. Seçkidə Vidadi İsayevin tapşırığı ilə özünün dediyi kimi yuxarıdan tapşırılana dəstək üçün hər cür saxtakarlıq hazırlanıb. Hər yerdə ancaq bir namizəd təbliğ olunur. Şəraitlər yaradılır. Bir daha deyirəm vətəndaşlar seçkinin şəffalığına inanmırlar. Əgər Bərdə üzrə hər kəsə cənab Prezidentin müəyyən namizədi dəstəklədiyi təbliğ olunursa çox halda adını yaza bilməyən vətəndaş buna inanacaq. Dövlətin maraqlı olduğu şəffaf seçkiyə inamı olmayacaq. Başıma Vidadi İsayevin tapşırığı ilə çox olaylar gəldi. Artıq yenədə kənd, bələdiyyə və məktəb direktorlarının vasitəsi ilə vətəndaşlara təsir edilir ki, mütləq filan namizədə səs verilməlidir. Kəndlərdə “bu qadını qovun, o tapşırılmayıb” kimi məsələ təbliğ olunur.
Yanvarın 17-də 94 saylı Bərdə kənd seçki dairəsinin ərazisində Otuzikilər kəndində valideynlər valideyn iclası adı ilə məktəbə çağırılıblar. Orada isə millət vəkilinin seçki kampaniyasını aparıblar. Bu qədərmi zəifdilər ki, insanların içinə normal gedə bilmirlər. Mənim digər namizədə, rəqibimə böyük hörmətim var. O, da mən də dövlətə xidmət edirik. İnana bilmirəm ki, bir dövlət adamının seçki kampaniyasında belə biyabırçılıqlar baş versin. Amma faktlar göz önündədir. İctimaiyyətlə görüşlərdə yalnız kənd icra , bələdiyyə, təhsil, dövlət müəssisələrində işləyən şəxslər dəvət olunurlar. O görüşlərdə yalnız seçilmiş kənd camaatı iştirak edir. Görüşlər keçirdiyim kəndlərdə kənd icra , bələdiyyə və məktəb direktorları, insanları seçki prosesindən soyutmaq, onların arasında çaşqınlıq yaratmaq üçün “onsuz da Prezident və ya yuxarı tapşırdığı “, ” filankəsin məsələsi artıq həll edilib” seçki prosesinə inamsızlıq yaradan dezinformasiyalar yayılmaqdadır. 94 saylı dairədə seçicilərin çoxu kənd zəhmətkeşləridir, onların çoxu adlarını da yaza bilmirlər. Həmin qüvvələr də məhz bundan istifadə edirlər. Görünür Bərdəd də müəyyən qüvvələri ölkədə gedən islahatlar sərf etmir. Ona görə də əhali arasında Azərbaycanda həyata keçirilən islahatlara və şəffaf seçkiyə kölgə salmaq cəhdləri göstərirlər. Bunlara baxmayaraq, təbliğat və təşviqat kampaniyasında mənə inandıqlarını və səs verəcəklərini qeyd edirlər. Mənə imzasını verən seçiciyə borcluyam.
Hörmətli cənab Prezident ,
Bərdədə su, yol, qaz, telefon xəttləri,tibb məntəqəsi, məktəb, kəndlərin içinə işləyən marşrut, işsizlik kimi böyük problemlər var. Kənd camaatı becərdikləri məhsulları sata bilmirlər. Kasıbçılıq hökm sürür. Belə böyük problemin məngənəsində qalan insanlara kömək etmək onların yaşayışını yüngülləşdirmək əvəzinə Bərdənin icra başçısı Vidadi İsayev tərəfindən təqib olunuram. Hər kəsə deyilir ki ” bu qadın gedəcək siz qalacaqsınız. Sonra vəziyyətiniz necə olacaq, düşünün. ” Adamlarda belə təsəvvür yaranıb ki, Vidadi İsayev hansı qanunu pozsa cəzalanmayacaq. Vidadi İsayev bir deputatlığa namizədi təqib etdirməkdənsə yaxşı olar qədim meşə olan Sultanpud meşəsinin məhvinin qarşısını alsın. Kəndlərdə yaşayış üçün minimum şərait yaratsın. Kənd camaatının örüş yerlərini qaytarsın.
Hörmətli cənab Prezident ,
Sizə ərizə ilə müraciət etmişdim. Bilirəm ki, o ərizənin və teleqramın nəticəsi olaraq namizədliyim qeydə alındı. Minnətdaram. Dövlətimə və sizə güvəndiyimdən bu seçkidə iştirak etmək qərarına gəlmişəm. Azərbaycan insanına sübut etmək istəyirəm ki, onun seçimi əsasdır. Kimi istəyirsə o da qalibdir. İndi çox çıxılmaz vəziyyətdəyəm. Hədələrə, şantajlara dözmürəm. Görüşlərdə üzümə adamlar durur. Belə cəhdlərdən də utanmırlar.
Hörmətli cənab Prezident ,
Mən və ailəm müstəqqilliyin bərpasında, həyat yoldaşım və qardaşım torpaqların qorunmasında, atanız ulu öndər Heydər Əliyevin və Sizin strateji kursun təbliğində qeyd etdiyim kimi 33 ildir Azərbaycan Televiziyasında yorulmadan çalışıram. Əsgər Ailələrinə Dəstək ictimai birliyinin təsisçisi və sədriyəm. Digər iki övladım da QHT sədrləridilər. Bizlər dövlətimizin yükünü yüngülləşdirmək üçün həssas qruplarla onlarla sosial layihələr həyata keçirmişik. 33 il dövlətinə xidmət edən Mətanət Əsgərqızına bu günə qədər nə ad verilib, nə jurnalistlərin binasından ev verilib, nə də sizə təqdim olunmamışıq ki, bu ölkədə belə bir vətəndaş yaşayır. Çünki təqdimat əsas şərtdir. Mətanət Əsgərqızı canıyla çiyninə gücü çatan yükü götürüb. Vətəndaş kimi haqqımızdı millət vəkili olmaq. Bu ali rütbədən bizi niyə məhrum etmək istəyirlər. Niyə bu ölkədə yalnız YAP üzvü, hansısa vəzifə tutan məmur hər zaman qalib olmalıdı. Nə edək biz də bu vətəndən başımızı alıb gedəkmi. Axı hər addımda haqsızlıqla üz-üzə qalırıq.Bilirəm seçkidə qalib olmasam ailəm və mən iş yerimizdə sıxışdırılacağıq. Layihələrdən kənarda qalcağıq. Çünki birilərinin oyununu pozmuşuq.
Hörmətli cənab Prezident ,
Bu seçki həm də Sizin xalqda nüfuzunuzun daha da atması üçün bir imtahandır. Əgər bu seçkidə də “yuxarı kimi tapşırıbsa o qalib olacaq” tezisi əksini tapacaqsa onda Azərbaycan insanı artıq ütülü demokratiya və şəffaflıq kimi sözlərə inanmayacaq. Xalqın inamını qırmayın. Yetər ki, bir düymə basıb adınızdan danışanları cəzalandırın. Sizin imkanlarınız böyükdür. Araşdırın, görün cənab Prezident, başladığınız islahatları tormozlayan və Sizi nüfuzdan salan kimlərdir.

Xahiş edirəm 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar Parlament seçkisi günü 94 saylı Bərdə kənd seçki dairəsini nəzarətdə saxlayasınız. Vidadi İsayevin seçki müdaxiləsindən canımızı qurtarın. Dövlətimə və Sizə güvənirəm. İnanıram ki, seçkini saxtalaşdırmağa cəhd edərək ,vəzifə səlahiyyətlərini aşaraq, öz cib maraqlarını güdən hər kəs, Vidadi İsayev başda olmaqla cəzasını alacaq. İnanıram ki, şəffaflıq qalib gələcək. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Deputatlığa namizəd,
jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri
Mətanət Əsgərqızı Cəfərova
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTONATO Türkiyəyə görə təcili iclasa toplanırÖvladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilirDövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMAVilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik“Azərbaycan İranla sərhəddə səyyar hospitallar təşkil edir” - RƏSMİAzərbaycanlı şahmatçı birinci olduPrezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİAzərbaycanda koronavirusa görə qərargah yaradıldıValideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİCenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİBTƏBİB koronavirusla bağlı broşürlər hazırladıYardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandıSumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilibTÜRKİYƏNİN ÜC MƏŞHUR HƏKİMİ YALNIZ MİLAN HOSPİTALDA...Parlament-seçkilərii ilə baglı yekun qərar verildi lider namizədlərin siyahisi.Vilayət Eyvazovdan yeni rəis təyinatıLaçın rayon Çıraqlı tam orta məktəbində Xocalı soyqırımından 28 il ötür adlı tədbir keçirilmişdir“Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisiLaçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdirƏrdoğanın Azərbaycana səfəri başa çatdıXOCALISIZ 28 İLİlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXIİlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev