Dovletxeberleri.Az
» » Sınaq imtahanlarının qiyməti niyə qaldırılıb? - DİM-dən cavab

29-01-2020, 11:29Sınaq imtahanlarının qiyməti niyə qaldırılıb? - DİM-dən cavab

Sınaq imtahanlarının qiyməti niyə qaldırılıb? - DİM-dən cavab
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun ilk sınaq imtahanı keçirəcək. Ancaq sınaq imtahanlarının qiyməti ötən illə müqayisə bahadır. Belə ki, ötən il abituriyent 20 manat ödəməli olurdusa, bu il 40 manat ödəyəcək. Qiymətlərin iki dəfə qaldırılması isə abituriyentlər və onların valideynləri tərəfindən etirazla qarşılanır.



Dovletxeberleri.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edib.



DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir:



“Yəni Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.



İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb”.



Mərkəzdən o da əlavə olunub ki, hər il DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və imtahanların mütəşəkkilliyini təmin etmək üçün Mərkəz tərəfindən kompleks tədbirlər həyata keçirilir:



“İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək və digər istiqamətlərdə geniş hazırlıq işləri aparılır. Qəbul kampaniyası kütləvi proses olduğuna görə bu işə hazırlığa, imtahanların təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə, müxtəlif qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunur (məsələn təkcə 2019-cu il ərzində 63629 nəfər ştatdankənar işçiyə (mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan) DİM tərəfindən 5 061 721,04 manat əmək haqqı hesablanıb).



Qeyd olunanların qüsursuz və peşakar şəkildə idarə olunması mürəkkəb bir işdir və çoxlu sayda insan və maddi kapitalın sərf olunmasını tələb edir. Sınaq imtahanı üçün bundan əvvəlki müəyyən edilmiş qiymət artıq görülən işlərin həyata keçirilməsi üçün yetərli deyil və yuxarıda qeyd edilənlər nəzərə alınaraq yeni qiymət müəyyən edilib. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq cari imtahanlarda test bankları orta məktəblərdə qüvvədə olan yeni tədris proqramları-kurikuluma uyğun olaraq zənginləşdirilir. Əvvəlki illlərdə isə köhnə test bankından istifadə imkanları daha geniş idi”.



“Bir məsələni də qeyd edə bilərik ki, DİM tərəfindən abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilir. Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymət 3 manatdır”, - deyə sorğumuza əlavə olaraq cavab verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTONATO Türkiyəyə görə təcili iclasa toplanırÖvladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilirDövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMAVilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik“Azərbaycan İranla sərhəddə səyyar hospitallar təşkil edir” - RƏSMİAzərbaycanlı şahmatçı birinci olduPrezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİAzərbaycanda koronavirusa görə qərargah yaradıldıValideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİCenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİBTƏBİB koronavirusla bağlı broşürlər hazırladıYardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandıSumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilibTÜRKİYƏNİN ÜC MƏŞHUR HƏKİMİ YALNIZ MİLAN HOSPİTALDA...Parlament-seçkilərii ilə baglı yekun qərar verildi lider namizədlərin siyahisi.Vilayət Eyvazovdan yeni rəis təyinatıLaçın rayon Çıraqlı tam orta məktəbində Xocalı soyqırımından 28 il ötür adlı tədbir keçirilmişdir“Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisiLaçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdirƏrdoğanın Azərbaycana səfəri başa çatdıXOCALISIZ 28 İLİlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXIİlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham Əliyev