Dovletxeberleri.Az
» » Nəsib deyilmiş.

22-01-2020, 19:31Nəsib deyilmiş.

 Nəsib deyilmiş.
Yaxın bir dostumuzun yas mərasiminə toplaşmışdıq. Mağarın baş tərəfində əyləşən molla məclisi yola vermək üçün gah Quranın surələrindən, ayələrindən oxuyub, mərhumun ruhuna hədiyyə edir, gah da dinimizin qayda və qanunlarından, qəzavü-qədərin zərurətindən, daşıdığı xüsusiyyətlərdən söz açaraq, bilib-bilməyənləri xəbərdar edirdi. Allahın qisməti, nəsibi ilə bağlı molla şirin-şirin danışarkən məclis əhlindən bir nəfər yerindən narazı halda qəfldən dilləndi:
- Ağayı molla, mən sən dediklərinlə heç də razı deyiləm.
Molla qəribə bir şəkildə çiynini çəkib, qəfldən etiraz səsini ucaldaraq, sükutu pozan hərifə sarı döndü və təəccüb dolu gözlərini qıyaraq ona zillədi, sonra isə asta-asta soruşdu:
- Nə dedin, mənim balam?
- Heç, dedim ki, sən düz demirsən! – deyə hərif sinəsini irəli verdi.
Molla başını o qədər əydi ki, az qala çiyinlərinə toxunacaqdı. Amma bu dəfə təəccüb dolu gözlərinin içində, qəlbindən keçən, - lənətullah!- ifadəsi açıq sezilirdi. Yenə də molla özünü o yerə qoymayıb, alçaq səslə soruşdu:
- Nəyi düz demədim, mənim balam?
- Əşşi, nə bala – bala salmısan ey?! Deyirəm yəni, bu qismət məsələsi, heç də sənin dediyin kimi, Allahın əlində deyil. Her şeyi qurban olduğum Allahın boynuna niyə atırsınız ey?
- La iləhə illəllah! Əstəğfirullah, əstəğfirullah. Sən nə dediyini anlayırsanmı, mənim balam? Günahdır, vallah günah söz danışırsan. Tövbə et!
- Nəyə görə tövbə etməliyəm, ay molla, nəyə görə sözümü günah hesab edirsən? Bax qarşımda bu çay ki var, kimə süzülüb.
Molla dodağını dişləyərək əsəbi bir halda dedi:
- Sənə.
- Ay sağ ol! Demək ki, çayım qarşımda əlimin lap altındadır, elə deyilmi? İndi yaxşı bax!- Hərif əlini atıb qənddandan da bir şirni götürüb, sanki məclis əhlinə çox böyük bir həndəsi teoremin həllinə cavab verəcək kimi nümayişanə tərzdə oynatdı. – Can molla, həm çayım, həm də şirnim burnumun ucu qədər mənə yaxındır. Demek ki, qismətim öz əlimdədir. İndi mən rahatca çayımı içəcəm, hələ bir şirniylə də.
Molla altdan yuxarı hərifi tərs-tərs süzərək, sakitcə yerindən qalxdı və danışa-danışa ona yaxınşlaşdı:
- Mənim balam, yanılırsan. Hər şey, o cümlədən ruzi də, Allah tərəfindən verilir. Allah təyin etdiyi hər bir nemətdən insan məhrum ola bilməz. Bu zaman insan bütün maneələri aşacaq və nəsibi olacaq nemətə qovuşacaq. Amma Allah nəsib etməyibsə insan yeri-göyü cırmaqlasa da, sən dediyin kimi, lap burnunun ucunda olsa belə, arzusu, istəyi elə ürəyindəcə qalacaq.
Molla fikrini tamalayanda artıq hərifin başının üstündə dayanmışdı. Molla çəld bir hərəkətlə əlini atıb, sanki, yüksək qələbə çaldığına ona qürurla tamaşa edən hərifin əlindən qəndini aldı və ağzına atdı. Sonra da çay dolu stəkanını qaldırıb, başına çəkdi. Molla hərifin üzünə istehza ilə baxaraq, gülümsəyib dedi:
- Hə, necədir, mənim balam? Gördünmü? Amma, özünə dərd etmə, neyləmək olar?! İçmək üçün can atdığın çayın da, şirnin də burnunun ucunda olsa belə, Allah sənə onu içməyi nəsib etməyibmiş

Esmira Şükürova.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham ƏliyevAzərbaycanın da qoşulduğu neft alyansı dağıla bilərKoronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHIBu ölkə də vətəndaşlarını Çindən təxliyə edirAzərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcəkATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEOBakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham ƏliyevLeyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTOMSK-nın 4 saat çəkən iclası başa çatdıHəbs olunan icra başçısının videosu yayıldı - VİDEOMSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQDSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDIİlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olduAzərbaycan İtaliyadan hərbi təyyarələr alacaqATV-yə xəbərdarlıq olundu - Manaf Ağayevə görəTəhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMATəhsil naziri məktəb direktoruna tapşırıq verdi - ZənginləşdirinDTX Neftçalada daha iki vəzifəli şəxs SAXLADI - FOTOÇindən gələn ukraynalılar ölkəyə buraxılmadıİlham Əliyev: “Ölkənin iqtisadiyyatı sabitdir”"QARABAĞ AZƏRBAYCANDIR" - İlham Əliyev İtaliya prezidenti ilə birgə bəyanat verdi + TAM MƏTNMehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olubMehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Prezident Neftçalanın icra başçısını vəzifəsindən azad etdiAydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ