Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.

17-01-2020, 18:23Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.
2020-ci il 17 yanvar tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Binəqədi rayonu, 7-ci mikrorayon, 2 nömrəli Evtikmə Kombinatının həyətindəki məcburi köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon 4 nömrəli tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə keçirilmişdir.
60 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində tikintinin başa çatdırıldığını, son tamamlama işlərinin aparıldığını və sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu 19 nömrəli Laçın tam orta məktəbinin yeni salınan qəsəbələrdən birinə köçürülməsi, işlə təmin olunma, vahid aylıq müvinətin bərpası, evlə təmin olunma məsələləri ilə bağlı olmuşdur.

Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər. Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham ƏliyevAzərbaycanın da qoşulduğu neft alyansı dağıla bilərKoronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHIBu ölkə də vətəndaşlarını Çindən təxliyə edirAzərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcəkATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEOBakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham ƏliyevLeyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTOMSK-nın 4 saat çəkən iclası başa çatdıHəbs olunan icra başçısının videosu yayıldı - VİDEOMSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQDSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDIİlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olduAzərbaycan İtaliyadan hərbi təyyarələr alacaqATV-yə xəbərdarlıq olundu - Manaf Ağayevə görəTəhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMATəhsil naziri məktəb direktoruna tapşırıq verdi - ZənginləşdirinDTX Neftçalada daha iki vəzifəli şəxs SAXLADI - FOTOÇindən gələn ukraynalılar ölkəyə buraxılmadıİlham Əliyev: “Ölkənin iqtisadiyyatı sabitdir”"QARABAĞ AZƏRBAYCANDIR" - İlham Əliyev İtaliya prezidenti ilə birgə bəyanat verdi + TAM MƏTNMehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olubMehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Prezident Neftçalanın icra başçısını vəzifəsindən azad etdiAydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ