Dovletxeberleri.Az
» » Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR

16-01-2020, 10:12Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR

Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR
Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış və ötən ilin sonunda istifadəyə verilmiş 645 ailəlik üç qəsəbənin ikisində Laçından olan məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.



Dovletxeberleri.az xəbər verir ki, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən püşkatma keçirilib.



Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Sərəncamı ilə həmin ərazidə 572 hektar torpaq sahəsi ayrılıb. Bunun da 134 hektarında birinci mərhələdə 645 ailə üçün 3 qəsəbə inşa edilib. Yeni qəsəbələrin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.



Qəsəbələrə Taxtakörpü ərazisindəki Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni salınmış qəsəbələr - Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarətdir. Evlərin hər birinin 0,12 hektar həyətyanı sahəsi var. Üç qəsəbədə, ümumilikdə, bir otaqlı 62, iki otaqlı 260, üç otaqlı 260, dörd otaqlı 63 ev inşa edilib. Hər bir ev fərdi sanitar qovşağı ilə təchiz olunub. Qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, inzibati bina, tibb məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.



Yeni qəsəbələrin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 330/110/10kV-luq "Ağcabədi" yarımstansiyasının 110 kV-luq Açıq Paylayıcı Qurğularında 110 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, eyni zamanda, mövcud 110/10 kV-luq "Taxtakörpü" yarımstansiyanın ərazisində 35 kV-luq yeni Qapalı Paylayıcı Qurğu üçün bina tikilib. Qəsəbələrin qidalandırılması üçün 35 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib, 35/10 kV-luq yeni qapalı yarımstansiya inşa edilib, 6,3 MVA gücündə iki transformator, bundan əlavə, 400 kVA gücündə 10/0.4 kV-luq 11 ədəd komplekt transformator yarımstansiyası quraşdırılıb. Qəsəbələrin ərazisinin işıqlandırılması təmin olunub.



Yuxarı Qarabağ kanalından magistral suverici kəmər vasitəsilə qəsəbələrin yaxınlığındakı su anbarlarına su vurulur. Burada iki hissəyə bölünən su ehtiyatının bir hissəsi içməli su təchizatı üçün su anbarları sahəsində yerləşən sudurulducu qurğuya nəql edilir, bir hissəsi isə həyətyanı sahələrin suvarılması üçün istifadə olunur.



Qəsəbədaxili su şəbəkələri üzərində 106 ədəd yanğın hıdrantları qoyulub. Ərazidəki qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə qapalı drenaj şəbəkələri və qapalı suyığıcılar tikilib, 8 ədəd drenaj nasosu quraşdırılıb.



Qəsəbələri təbii qazla təchiz etmək məqsədilə müvafiq işlər görülüb. Hər bir evdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. Məktəblərin və həkim məntəqəsinin istilik təchizatını təmin etmək məqsədi qəsəbələrin hər birində iki qazanxana tikilib. Hər bir qəsəbədə abadlıq işləri aparılıb, 19 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2,3 hektar ərazidə yaşıllıqlar salınıb.
Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR
Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR
Laçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLAR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaq