Dovletxeberleri.Az
» » Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vuruldu

11-01-2020, 19:32Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vuruldu

Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vuruldu
Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulub.

Dovletxeberleri.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

İclasda 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermənin yekun nəticələrinə dair qərar qəbul edilib.

M.Pənahov bildirib ki, MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib: “Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olummaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub (səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib)”.

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Eyni zamanda 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrtə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı məntəqə seçki komissiyaları buraxılıb.

MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İstanbulda 20 Yanvar şəhidləri yad edilibƏli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridirMahir Abbaszadə Laçın rayonu Quşçu kəndindən olan şəhidimiz Qüdrət İbrahimovun ailəsi ilə görüşüb19 yanvar şəhid baş-leytenant Fərid Əhmədovun doğum günüdür.“Minimum pensiya 230 manat ola bilər”Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdirErmənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozubTahir Mirkişili seçicilərə HESABAT verdi - FOTOƏrdoğanla Merkel telefonla danışdı - Liviya məsələsinə görəRövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olduQənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLARÜlvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutuldu