Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.

9-01-2020, 19:47Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.
2020-ci il 09 yanvar tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində - Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında ərazidə fəaliyyət göstərən Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə görülmüş işlərlə və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
80 nəfər qəsəbə sakininin iştirakı ilə keçirilmiş hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Hesabat yığıncağında Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndə Məmməd Süleymanovun hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafındakı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı tədbirlər planının hazırlanması vurğulanmış, müvafiq qərar qəbul edilmişdir.
Məruzədə bildirilmişdir ki, hesabat ilində qəsəbə ərazisində Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə bir sıra abadlıq və quruculuq işləri görülmüşdür. Belə ki, il ərzində qəsəbədaxili yolların cari təmiri üçün 650 m3 çınqıl daşınmış, müvafiq texnikanın köməkliyi ilə yol yatağına yayılmışdır. Həmçinin qəsəbədə fəaliyyət göstərən rayonun 3 saylı körpələr evi –uşaq bağçasının elektrik təminatı yaxşılaşdırılaraq bağçaya əlavə xətt çəkilmiş, bağçanın həyətindəki istirahət köşkünün dam örtüyü yenilənmiş, döşəməyə beton tökülərək tamet döşənmiş, mətbəxə yeni su xətti çəkilmiş, bir ədəd su cəni qoyulmuşdur. Bununla yanaşı rayon rəhbərliyinin yaxından köməkliyi sayəsində qəsəbə sakinlərinin şəxsi təsərrüfatında olan mal-qaranın örüş – otlaq sahəsinə keçirilməsi üçün ərazidəki kollektor üzərindən salınmış körpü əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Bununla yanaşı qəsəbə sakinlərindən son illər ərzində telefonlaşdırma ilə bağlı müraciət etmiş 136 abonentə telefon xətti çəkilmiş, bu proses hazırda da davam etməkdədir. Eyni zamanda qəsəbə sakinlərinin məşğullüğunun təmin edilməsi üçün ölkəmizdə yaradılmış DOST xidməti vasitəsi ilə qəsəbə sakinlərindən 6 nəfər aztəminatlı ailə üzvü işlə təmin edilmiş, 60 ailəyə isə rayon Məşğulluq Mərkəzi tərəfindən müvafiq Dövlət proqramı əsasında iri və xırdabuynuzlu mal-qara paylanılaraq həmin ailələrin rifah halı xeyli yaxşılaşdırılmış, hazırda 10 ailə isə müvafiq sənətkarlıq işləri ilə məşğul olmaq üçün avadanlıqla təmin edilmələri məqsədi ilə müvafiq təlimlərə cəlb edilmişlər. İl ərzində qəsəbə sakinləri fasiləsiz qaz, işıq və su ilə təmin edilmişlər.
Eyni zamanda vurğulanmışdır ki, qəsəbədə görülmüş bu işlərlə yanaşı qəsəbədaxili yolların asfaltlanması, qəsəbəyə təsərrüfat suyunun verilməsi, qəsəbədə kanalizasiya sisteminin çəkilməsi, küçə işıqlarının bərpa olunması qarşımızda duran vacib məsələlərdəndir.
Hesabat iclasında çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasıdan geniş bəhs etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən də danışaraq, bu əlaqənin daha da artırılmasını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çatdırmışdır.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaq