Dovletxeberleri.Az
» » "Deputat olmağımı arzulayan hər bir laçınlıya dərin təşəkkürümü bildirirəm" - Ramiz Cəbrayılov

26-12-2019, 09:17"Deputat olmağımı arzulayan hər bir laçınlıya dərin təşəkkürümü bildirirəm" - Ramiz Cəbrayılov

"Deputat olmağımı arzulayan hər bir laçınlıya dərin təşəkkürümü bildirirəm" - Ramiz Cəbrayılov
“Seçkilərdə səslərini Yeni Azərbaycan Partiyasının namizədinə vermələrini xahiş edirəm...”

Karabakhmedia.az xəbər verir ki, Moderator.az-ın redaksiyasına Laçın rayonunun tanınmış ictimai xadimi, 1980-ci illərdən bəri, eləcə də işğaldan sonrakı ağır illərdə bölgənin idarəçiliyində bir sıra məsul vəzifələrdə çalışmış, rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun 121 saylı Laçın Rayon Seçki Dairəsinin seçicilərinə ünvanlanmış müraciəti daxil olub. Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

“Qoynunda boya-başa çatdığım və uzun müddət mötəbər vəzifələrdə çalışdığım işğal altındakı doğma Laçın rayonunun məcburi köçkün sakinləri adından son günlər mənim növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyimi təkid edən yüzlərlə birbaşa müraciət, telefon zəngləri daxil olub. Əvvəla, 121 saylı Laçın rayon seçki dairəsindən mənim Milli Məclis üzvlüyünə namizədliyimi görmək istəyən, deputat olmağımı arzulayan hər bir laçınlının qarşısında baş əyir, öz dərin təşəkkür və minnətdarlığımı bildiriəm...

Vəzifə, deputatlıq müvəqqətidir. Azərbaycanlı, Azərbaycan vətəndaşı və nəhayət, laçınlı adı mənim üçün başçı, deputat adlarından qat-qat yüksəkdir. Və Laçın camaatı arasında özümə qarşı olan bu diqqət, bu etimadı mənim üçün heç bir şey əvəz edə bilməz. Hər birinizin qarşısında baş əyərək bildirirəm ki, mən deputat olmaq fikrində deyiləm və elə bir arzu-istəyim yoxdur. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində məsul işimi davam etdirirəm. Cənab prezidentə təşəkkür edirəm ki, başçı vəzifəsindən azad olunduqdan sonra da onun diqqəti sayəsində işsiz qalmamışam. Və yeri gəlmişkən, əməkdaşı olduğum Nazirliyin rəhbərliyindən də, kollektivindən də kifayət qədər razıyam. Bununla bağlı cənab nazirə də, kollektivə də təşəkkürümü çatdırıram...

Onu da deyim ki, bu gün dövlətimizin aqrar sahədəki siyasətinin, aparılan islahatların xalqımızın taleyində önəmli rol oynadığı bir vaxtda mən daha çox mütəxəssisi olduğum bu sahədə xalqa, dövlətə yararlı olduğumu hiss edirəm...

Məni deputat kimi görmək istəyən hər bir həmyerlimdən, hər bir seçicidən xahiş edirəm ki, inşallah, 9 fevrala Milli Məclisə seçkilərdə səslərini Yeni Azərbaycan Partiyasından irəli sürüləcək namizədə verməsini xahiş edirəm. Yeni Azərbaycan Partiyasını, onun namizədini dəstəkləyən hər bir laçınlı sanki bizi Qarabağa, Laçına aparacaq yolu dəstəkləmiş olur... Çünki Ulu Öndərin yolu, cənab Prezidentin siyasəti bizi torpaqlarımızın azadlığına aparır... Odur ki, belə hesab edərəm ki, YAP-ın 121 saylı Laçın Rayonu Seçki Dairəsindən irəli sürdüyü namizədə səs verənlər mənim özümə səs verərək Milli Məclisə deputat seçiblər...

Onu da əlavə edim ki, hər zaman, hər gün evimin də, iş otağımın da qapısı hər bir dəyərli, torpaq, Vətən qeyrətli laçınlının üzünə açıqdır... Və bir daha təkrar edirəm ki, Laçın adı mənim üçün hər bir vəzifədən, başçılıqdan da, deputatlıqdan da üstündür... Bu elin, obanın sakinləri qarşısında qazandığım etimadı, hörməti bundan sonra da qoryub saxlamaq mənim borcumdur. Həmin hörmət, nüfuz azalsa, tükənsə, deməli, mənim ömrümün sonu yaxınlaşar. Həmyerlilərimizin bu etimadı qəlbimdə işğal altındakı torpaqlarımıza dönəcəyimizə böyük ümid, inam yaradır... Və Azərbaycana, onun dövlətçiliyinə, Qarabağın, o cümlədən Laçının işğaldan azad olunması uğrunda mübarizəyə xidmət göstərmək üçün deputat, başçı olmaq vacib deyil. Vacib olan xalq, el, dövlət, dövlətçilik qədrini bilən layiqli vətəndaş olmaqdır. Və mən də bir vətəndaş olaraq söz verirəm ki, bundan sonra da bacardığım qədər müstəqil dövlətçiliyimiz yolunda, Qarabağ, Laçınının azadlığı yolunda xidmət göstərməkdə əlimdən gələni əsirgəməyəcəyəm. İnşallah, cənab Ali Baş Komandanın rəhbərliyi, xalqımızın, ordumuzun qeyrəti, gücü sahəsində torpaqlarımız, laçınımız işğaldan azad olunar və mən orada, doğma torpaqlarımızda sizin deputatlığa namizədiniz olaram....

Hər bir Laçın rayon sakininə dərin hörmət və ehtiramla:

Ramiz Cəbrayılov”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.Prezident Cənnət Səlimovaya “Şərəf” ordeni verdiPolkovnik idarə rəisi təyin edildi - Vilayət Eyvazovdan daha bir əmr“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start veribBərdə rayonuna yeni prokuror təyin edilib.MSK mətbuat qrupunun tərkibini dəyişdirdiVilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLARCeyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Foto20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıbZakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdiÖlkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.Rayonlarımız atəşə tutulduDeputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı - Bu gündən...Bu şəxslərin maaşları 50 faiz artırıldıƏLİLLİK DƏRƏCƏLƏRİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Nazir "Bandotdel"ə yeni müavin təyin etdiMəcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildiRamiz Mehdiyevdən YENİ TƏYİNATLARPensiyaçılara ŞAD XƏBƏR - Yanvar ayının ödənişləri bu gün veriləcəkOqtay Şirəliyev daha bir Baş direktoru işdən çıxardı - Yeni direktor dərhal bəzi həkimlərin ərizəsini alıbMədət Quliyev Baş direktoru vəzifədən çıxardı - Yeni təyinatLaçınlı Məcburi köçkünlər yeni qəsəbələrə köçürülür - FOTOLARRusiyada: Analar doğuşdan dərhal sonra 13 min pul alacaqBakı meriyasında yeni TƏYİNATLaçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərzisində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2020-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiOmbudsman bəyanat VERDİNazirlik rəhbər vəzifələrə işçi axtarır