Dovletxeberleri.Az
» » Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.

9-12-2019, 15:03Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.

Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.
07.12.2019-cu il tarixdə haqqin.az, musavat.com, virtual.org və digər xəbər portallarında yerləşdirilmiş “İcra başçısının təzyiqi altında intihar” , “Laçın Rayon Təhsil Şöbəsinin keçmiş işçisi “İcra başçısının təhdidlərinə görə” özünü asdı” və digər başlıqlı yazılarda Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanların heç bir fakta əsaslanılmadan yazıldığını və tamamilə həqiqətə uyğun olmadığını bildiririk.Belə ki, Müqabil Baxış oğlu Baxışov 1972-ci ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş, əmək fəaliyyətinə Laçın rayonunun Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində tarix müəllimi kimi başlamış, 01.02.2008-ci il tarixdən 05.06.2012-ci il tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist, məsləhətçi vəzifələrində işləmiş, 05.06.2012-ci il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.Əlavə olaraq bildiririk ki, o, yenidən 20.06.2013-cü il tarixdə Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsinə təyin edilmiş və həmin vəzifədə işlədiyi dövrdə 01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək qabaqcadan heç bir məlumat vermədən üzrsüz olaraq iş yerinə gəlməmiş və harada olması barədə məlumat verməmişdir. O, qayıdandan sonra da harada olması barədə heç bir sübut və sənəd təqdim etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi 03.11.2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilmişdir. Məlumat üçün bildiririk ki, Müqabil Baxışov 18.06.2012-ci il tarixdə sərxoş vəziyyətdə ”Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gələrək filialın müdirini söyüb təhqir edərək ona xəsarət yetirmiş, orada yerləşən əşyaları dağıtmış, 300 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydaları kobud surətdə pozmuş, vətəndaşlar üzərində zor tətbiq edərək 18.06.2012-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırmışdır. 31.10.2012-ci il tarixdə Müqabil Baxışov Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunmuş və bır sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 4 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə müddətdən əvvəl azadlığa buraxılmışdır.

Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş etmişdir. Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq o, özünüməşğulluq proqramına cəlb olunmuş, kiçik biznesinin qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində ona dövlət tərəfindən 07.11.2018-ci il tarixdə 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilmişdir. Buna baxmayaraq Müqabil Baxışov təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb etmişdir. O, Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilmiş, onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilmişdir.Lakin, o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb etmişdir. Bir daha qeyd edirik ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətinə və Rayon Təhsil Şöbəsində qəbul edilmiş, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ona ətraflı izah olunmuşdur. Bununla əlaqədar bildiririk ki, Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov DYP-yə TAPŞIRIQ VERDİAŞ PA-nın nümayəndə heyəti sabah Azərbaycana gəlirİlham Əliyev İsveçrədə görüş keçirdiPrezident Davosda “Rossiya 1” telekanalına müsahibə verdiCəbhədə gərginlik - pulemyotlar işə düşdü20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban ƏliyevaPrezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım - VİDEOMSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb”Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVABİstanbulda 20 Yanvar şəhidləri yad edilibƏli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridirMahir Abbaszadə Laçın rayonu Quşçu kəndindən olan şəhidimiz Qüdrət İbrahimovun ailəsi ilə görüşüb19 yanvar şəhid baş-leytenant Fərid Əhmədovun doğum günüdür.“Minimum pensiya 230 manat ola bilər”Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdirErmənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozubTahir Mirkişili seçicilərə HESABAT verdi - FOTOƏrdoğanla Merkel telefonla danışdı - Liviya məsələsinə görəRövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olduQənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLARÜlvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.