Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdir

6-12-2019, 18:46Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdir

 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdir

2019-cu il 6 dekabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Mişni obasında fəaliyyət göstərən şəhid Habil Həsənov adına Mişni kənd tam orta məktəbinin binasında keçirilmişdir.
62 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 7 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu mənzillə təmin olunma, işlə təmin edilmə, obadaxili yolların təmir olunması, elektrik enerjisinin gərginliyinin artırılması məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdir
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov DYP-yə TAPŞIRIQ VERDİAŞ PA-nın nümayəndə heyəti sabah Azərbaycana gəlirİlham Əliyev İsveçrədə görüş keçirdiPrezident Davosda “Rossiya 1” telekanalına müsahibə verdiCəbhədə gərginlik - pulemyotlar işə düşdü20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban ƏliyevaPrezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım - VİDEOMSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb”Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVABİstanbulda 20 Yanvar şəhidləri yad edilibƏli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridirMahir Abbaszadə Laçın rayonu Quşçu kəndindən olan şəhidimiz Qüdrət İbrahimovun ailəsi ilə görüşüb19 yanvar şəhid baş-leytenant Fərid Əhmədovun doğum günüdür.“Minimum pensiya 230 manat ola bilər”Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdirErmənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozubTahir Mirkişili seçicilərə HESABAT verdi - FOTOƏrdoğanla Merkel telefonla danışdı - Liviya məsələsinə görəRövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olduQənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLARÜlvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.