Dovletxeberleri.Az
» » Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ

20-11-2019, 09:19Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ

Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ
Dovletxeberleri.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.



Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ müharibəsi şəhidi Nazim Babayevə həsr olunur.



Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə xatirələrindən danışacağıq.



Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirib və 1993-cü ildə Milli Orduya çağırılıb.

Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. Nazim Füzuli, Tərtər bölgəsində vuruşub. 1995-ci il mart hadisələri zamanı gənc Nazim qanunsuz silahlı dəstələrin tərksilah edilməsində iştirak edib və 15 mart 1995-ci ildə həlak olub.

Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilib.



Modern.az-ın Nazim Babayevlə bağlı suallarını şəhidin anası Laçın Babayeva cavablandırıb.



Anasının sözlərinə görə, Nazim orta məktəbdə dərslərini çox yaxşı oxuyar, hər gün evinə yüksək qiymətlərlə gələrdi.



“Nazim ali təhsil almağı çox istəyirdı, lakin arzusu ürəyində qaldı. Nazimi məktəbi bitirən kimi, 1993-cü ildə hərbi xidmətə çağırdılar. Nazim hərbi xidmətini Ağdərə, Ağdam, Füzuli istiqamətlərində çəkirdi. O, böyük-kiçik yeri bilən, mərifətli oğul idi”.

4 il hərbi xidmətdə olan Nazim 2 dəfə məzuniyyətə buraxılıb.



Şəhidin anası:



“Nazim 1975-ci il təvəllüdlüdür. O, 1993-cü ildən hərbi xidmətə yollandı. Onun kimi vətənpərvər oğul hətta deyərdim ki, az idi. Nazim əsgər gedəndə mənə söz verdi ki, sağ gedib salamat gələcək. Nazimin bir bacısı və qardaşı var. Mən balalarımı yetim böyütdüm, boya-başa çatdırdım. Ataları rəhmətə gedəndə birinin yeddi, birinin üç, o birinin isə iki yaşı var idi”.
Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ
Laçın ana deyir ki, Nazimin gəlməyinə düz bir ay qalmışdı. Sadəcə bir aydan sonra anasına verdiyi sözü tutub sağ-salamat evinə dönəcəkdi, amma olmadı. Nə Nazim sözünün ağası ola bildi, nə də ananın gözləri yoldan çəkildi.



“Nazim vətəninə vurğun oğul idi, hətta deyə bilərəm ki, məndən belə çox sevirdi. Bəzən şahidi oluruq ki, bəzi uşaqlar deyir “mən də şəhid olmaq istəyirəm”. Nazim qətiyyən belə düşünmürdü. Onun tək amalı, tək məqsədi torpaqlarımızı geri almaq idi.



Nazim məzuniyyətə gələndə vaxtından tez qayıdırdı. Deyirdim ki, “ay Nazim, ay bala, nə olub, niyə tələsirsən?”. Deyirdi ki, “ana yoldaşlarıma kömək olmalıyam, tez getməliyəm”. Nazim çavuş olaraq xidmət göstərirdi”.



Nazimin qardaşı Əfqanıstan veteranı olub, 2008-ci ildə dünyasını dəyişib.



Nazim şəhid olmağı gözləmirdi, planları var idi. Həyata keçirmək istədiyi arzuları var idi, lakin hamısı ürəyində qaldı.



Şəhidin anası:



“Nazim deyirdi ki, ana, əsgərlikdən gələndən sonra atamızdan qalan yurdu qardaşıma verəcəm, səni isə özümlə aparacam. “Mən harda olsam, yanımda olacaqsan, səni mən saxlayacam” deyirdi. Yaman saxladı, gözlərimi yolda qoyub getdi”.



15 mart 1995-ci il... Nazim Babayevin nəşi gözlənilməz halda evinə gətirilir.



Laçın xanım:



“Adətən belə hallarda birinci evə xəbər göndərirlər. Heç gözləmədiyim anda birdən qapı döyüldü. Gördüm ki, balamın nəşini gətiriblər. Dünyam başıma yıxıldı. O an nələr olduğunu indi də yada sala bilmirəm. Nazim həmişə deyirdi ki, məndən xəbər gəlməsə belə, arxamca qətiyyən gəlmə”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRH