Dovletxeberleri.Az
» » Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

12-11-2019, 18:42Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

Noyabrın 12-də Zərdab rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

Dovletxeberleri.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyevin Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatları təhlil edərək öz münasibətini bildirib. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə və olimpiada uğurlarına toxunan nazir müavini bu nəticələrin daha da yaxşılaşdırılması üçün lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, hər bir bölgənin təhsilinin inkişafı üçün yerli təhsili idarəetmə qurumları deyil, həm də məktəb direktorları məsuliyyət daşıyır. Nazir müavini bölgələrin təhsil sahəsində əldə etdiyi uğurların, həmçinin göstərdiyi zəif nəticələrin hər zaman nazirliyin diqqətində olduğunu söyləyib. Məhəbbət Vəliyeva bildirib ki, zəif nəticələr təhlil edilir, səbəblər araşdırılaraq müvafiq tədbirlər görülür, yüksək nəticələr isə qiymətləndirilir.

Nazir müavini ümumi təhsil müəssisələrində sağlam, keyfiyyətli təhsil mühitinin təşkilinin vacibliyini vurğulayaraq bildirib ki, bunun üçün Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən risk qrupuna daxil olan şagirdlərlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Məhəbbət Vəliyeva qarşıda duran prioritet məsələlərlə bağlı işlərin davam etdirilməsinin önəminə diqqət çəkib.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.
Sonra təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən müəllim və məktəb direktorları təltif edilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRH