Dovletxeberleri.Az
» » Parlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLAR

11-11-2019, 11:56Parlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLAR

Parlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLAR

Parlament Jurnalistlər Birliyi (PJB) 9 noyabr Dövlət Bayrağı Günü ilə bağlı növbəti-ənənəvi və möhtəşəm aksiyasını reallaşdırıb.

Dovletxeberleri.az xəbər verir ki, PJB üzvləri bu dəfə ölkənin Aran Qarabağ və Gəncəbəsar bölgəsində-Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında olub, Dövlət Bayrağı Gününü bu bölgələrin sakinləri ilə birlikdə qeyd ediblər.

Qeyd edək ki, PJB üzvləri ilk öncə Azərbaycanın ən qədim, ən tarixi bölgələrindən və ilk paytaxtlarından-hökmdar Nüşabənin vətəni olan Bərdə rayonunda olublar.

PJB üzvləri rayonun mərkəzində-bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə fikir mübadiləsi aparıblar. Azyaşlı məktəblilərdən bir neçəsi bayrağa həsr olunmuş şeir ifa edib və alqışlanıblar.

Bununla yanaşı, PJB üzvləri aksiya zamanı xəyalqırıqlığı yaşayıblar.

Əvvəla, Bərdə kimi önəmli və tarixi bir bölgədə Dövlət Bayrağı Günü demək olar ki, hiss olunmayıb, yollarda, meydanlarda, dövlət binalarının üzərində bir dənə olsun belə, dövlət bayrağına rast gəlinməyib.

Rayonun mərkəzində ucladılan bayraq isə sakni “boynu bükük” halda olub, onun varlığı ilə yoxluğu bilinməyib.

İkincisi, PJB üzvləri aksiyaya başlayarkən və Rayon İcra Hakimiyyəti binası önündən keçərkən sayğısızlıqla üzləşiblər.

Belə ki, icra başçısı İcra Hakimiyyəti binasının mühafizəçisini PJB üzvlərinin “hüzuruna” göndərib, o da kobud və amiranə tərzdə “başçı deyir ki, gör onlar nə üçün gəliblər…”-deyərək, PJB üzvlərini əsassız şəkildə narahat edib.

PJB üzvləri məqsədlərinin nədən ibarət olduğunu bildirərək, aksiyaya davam ediblər.

Eyni zamanda, bəzi PJB üzvləri yerli sakinlərdən bir neçəsinə dövlət bayrağını təqdim edərkən, “bizə bayraq lazım deyil, bu bayraq bizə nə verib”-deyə, bir sıra “suallar”la və üzücü mənzərə ilə üzləşiblər.

Bu üzücü mənzərə, müqəddəs üçrəngli bayrağa laqeyd, biganə münasibət PJB üzvlərində böyük xəyalqırıqlığı yaradıb.

Qeyd etmək yerinə düşər ki, bu üzücü mənzərədə birmənalı “payı” olanlar arasında uzun illərdir bur rayona rəhbərlik edən şəxslər, yerli icra strukturları və onları nümayəndələri də var. Məhz onların düzgün olmayan idarəçiliyi üzündən bəzi insanlarda dövlət bayrağına belə bir üzücü münasibət yaranıb…

Hər halda icra başçısı, Bərdənin rəhbər qurumları və şəxsləri bu barədə ciddi düşünməli, vətəndaşlara yuxarıdan aşağı baxmamalı, insanlarla açıq, səmimi təmasa keçməli, onların yanında olmalı, xüsusilə, dövlət atributlarına münasibətdə örnək davranış sərgiləməlidirlər…

***

PJB üzvləri sonra ərazisinin 70 faizindən çoxu erməni işğalında olan, minlərlə şəhid verən, düşmən qarşısında 26 ildir sipərə çevrilən qəhrəman Ağdam bölgəsində, Quzanlıda və məcburi köçkünlər üçün İmamqulubəyli kəndi ərazsində salınan şəhərcikdə olublar.

Burada olarkən PJB üzvləri döblət bayrağına yerli sakinlər, məcburi köçkünlər tərəfindən səmimi və sayğılı münasibətlə üzləşiblər.

Hətta, PJB üzvlərindən bir neçəsi qurumun rəhbəri Elşad Eyvazlı ilə birlikdə məcburi köçkün ailələrinin övladlarının toy mərasimində iştirak edib, yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy, həm Dövlət Bayrağı Günü münasibəti ilə təbrik və onlara bayraq hədiyyə edib, yeni cütlüyə və Azərbaycan xalqına xoşbəxtlik arzulayıblar.

Bu addım həm PJB üzvlərində, həm də məclis iştirakçılarında xoş, unudulmayacaq və duyğulu anlar yaşadıb.

Ağdam sakinləri ilə görüş zamanı tezliklə bu rayonun işğal altında olan bölgələrilə yanaşı, Azərbaycanın erməni tapdağı altında inləyən digər yurd yerlərinin də tezliklə işğaldan azad edilməsi və həmin ərazilərdə də Azərbaycanın üçrəngli bayrağının dalğalanması arzusu, diləyi ifadə olunub.

***

Xoş duyğularla Ağdamdan ayrılan PJB üzvlərinin növbəti dayanacağı Tərtər rayonu olub.

Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Gününün əsl ab-havası hiss olunub. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları asılıb.

Rayon sakinləri ilə müxtəlif məkanlarda görüşən PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara paylayıb, onların bayrağa, Dövlət Bayrağı Gününə münasibətlərini, fikirlərini, arzularını dinləyiblər.

***

PJB üzvlərinin sonrakı dayanacağı cəbhə bölgəsi olan və düşmən qarşısında mənatənlə duruş gətirən G0ranboy rayonu olub.

Burada da hər yerdə Dövlət Bayrağı Gününü özündə yaşadan ab-hava PJB üzvlərində böyük məmnunluq yaradıb.

Təximən 40 dəqiqə davam edən aksiya zamanı PJB üzvləri yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq paylayıb, onlarla söhbətləşiblər.

Yerli sakinlər, məktəblilər belə bir aksiyaya görə PJB üzvlərinə minnətdarlıqlarını bildirib, dövlət bayrağına sayğılarını ifadə ediblər.

PJB üzvləri həmçinin, ailə həyatı quran goranboylu cütlüyə bayraq hədiyyə ediblər.

***

Aksiya axşam saatlarında Göygol rayonunda yekunlaşıb.

PJB üzvləri rayonun girişində əllərində Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran atlılarla qarşılaşıblar.

PJB üzvləri onlarla görüşərək, xatirə fotosu çəkdirib, bu addımlarına görə, təşəkkürlərini bildiriblər.

Eyni zamanda, göygöllü gənclər PJB-yə belə bir aksiyaya görə minnətdarlıqlarını bildirib, üçrəngli bayrağımızla bağlı xoş duyğular yaradan sözlər söyləyiblər.

Qeyd edək ki, təşkilatçılar aksiyanın keçirilməsində göstərdiyi dəstəyə görə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində deputat Ağalar Vəliyevə təşəkkür ediblər.
Parlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLAR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayon Nəcəfqulubəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.Əli Əhmədov, Siyavuş Novruzov, Tağı Əhmədov... - YAP-ın MM-ə seçkilərdə səlahiyyətli nümayəndələri + SİYAHIİlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdiBu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDULaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildi“Heydər Əliyev hər zaman gənclərin himayədarı olub” - Fərman Cabbarovİlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edibQaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcəkYeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər"YAP-ın namizədlər siyahısında tanınmış simalar..." - Əli ƏhmədovRamiz Mehdiyev İlham Əliyevdən YAZDI: “O, ən kiçik eyhamların mənasını başa düşür”Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran LiderDünyada daha bir müstəqil dövlət yarana bilər"YANVARDAN BÜTÜN PENSİYALAR ARTIRILACAQ" - Nə qədər olacaq? + AçıqlamaLaçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQ