Dovletxeberleri.Az
» » Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir

9-11-2019, 19:23Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir
2019-cu il 8 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisindəki 306 ailəlik məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Bozlu kənd tam orta məktəbinin binasında həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
86 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 22 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu birdəfəlik maddi yardım, mənzillə təmin olunma, qəsəbə ərazisində mərasim evinin tikilməsi, işlə təmin olunma, vahid aylıq müavinətin bərpasına köməklik olunması, məcburi köçkün kimi qeydiyyata alınma məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdi