Dovletxeberleri.Az
» » Pensiya almaq çətinləşdi: "25 il işləməyibsə və ya 28800 manat kapital yığa bilməyibsə..." - Detallar

30-10-2019, 15:25Pensiya almaq çətinləşdi: "25 il işləməyibsə və ya 28800 manat kapital yığa bilməyibsə..." - Detallar

Pensiya almaq çətinləşdi: "25 il işləməyibsə və ya 28800 manat kapital yığa bilməyibsə..." - Detallar
"Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Belə ki, hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır”.

Dovletxeberleri.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir:

"Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir.

Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144= 28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda, minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər”.

İqtisadçı qeyd edib ki, minimum pensiya kapitalının artması müsbət haldır: "Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq.

Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, büdcənin töhvəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var.

Buna görə də, təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda, yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıMilli Məclis 21 məsələyə görə iclas çağırdı - SİYAHINovruz Məmmədov bu universitetə prorektor GƏTİRİLİR - EKSKLÜZİVQarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedibVüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edib