Dovletxeberleri.Az
» » Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…

18-10-2019, 09:20Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…

Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…
Gündəmdən düşməyəcəyini və hər zaman faydalı olacağını düşündüyümüz ixtisaslar var: müəllim, həkim, polis və s. Lakin bəzi hallarda insanda sual yaranır: önəmli hesab etdiyimiz bu ixtisaslar elə bir zaman gələ bilərmi ki, öz əhəmiyyətini itirsin? Elm və texnologiyanın inkişafı önəmli hesab etdiyimiz bu ixtisasları başqaları əvəzləyə bilərmi? Ümumiyyətlə, gələcəyin tələbatı hansı peşə və ixtisaslaradır?



Bu barədə danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir.



“Halbuki, Qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrlar üzrə hazırlıqlara başlayırlar. Kiçik araşdırmadan sonra əldə etdim ki, gələcəyin proqramlaşdırılması ilə məşğul olan Amerika şirkəti “Sparks&Honey” gələcəkdə indi olmayan bəzi peşələrin həddindən populyar olacağını vurğulayır. Məsələn, belə peşələrdən birinin mikroflora üzrə mütəxəssisin olacağı vurğulanır. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin, dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər.
Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn evlərin damında, qazonlarda və əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikroferma mütəxəssisləri peyda olacaq. Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikroferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır. Problemin kökündə dayanan ikinci əsas səbəb isə Azərbaycan ali məktəblərinin, xüsusilə də yeni açılmış özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi”.



Kamran Əsədovun sözlərinə görə hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır.



“Düzdür, son illərdə Azərbaycan toplumunda ixtisas seçimi ilə bağlı dəyişikliklər baş verib. Qeyd etmək istəyirəm ki, bir vaxt dəbdə olmayan bəzi ixtisaslara girmək üçün indi çox yüksək nəticə göstərmək lazımdır. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar.
Hesab edirəm ki, ixtisaslar müəyyən olunanda bır sıra mühüm amillər və əmək bazarı mütləq nəzərə alınmalıdır. Belə ki, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər.
Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya digər başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Sadəcə, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssis yetişdirmək lazımdır. Bu həm iqtisadiyyat üçün xeyirlidir, həm də millət üçün.
Nəyə görə adi bir şeyi düzəltmək üçün hər dəfə xaricdən pul töküb mütəxəssis çağırmalıyıq? Hesab edirəm ki, tələbat olan ixtisaslara gənclərin marağının artırılması məsələsi ali təhsil müəssisələrinin üzərinə düşür. Məhz ali təhsil müəssisələri kadr hazırlığı ixtisaslar haqqında məlumatı ictimaiyyətə mütəmadi olaraq müxtəlif vasitələrlə çatdırmalı, həmin ixtisasların maraqlı tərəflərini izah etməlidirlər. Bu, həm gənclərə ixtisas seçimində köməklik etmiş olar, həm də ali təhsil müəssisələri arasında rəqabət qabiliyyətini gücləndirər.
Bu gün Azərbaycan ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar texnologiyanın inkişafı nəticəsində lazımsız ixtisaslı təbəqənin yaranmasına gətirib çıxaracaq. O lazımsız təbəqə hansı ki, onun nümayəndələri heç bir işə düzələ bilməyəcəklər. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə alqoritmlər və robotlar insanların bütün peşələrini əllərindən alacaq. Azərbaycan ali təhsil müəssisələri bu istiqamətdə kadr hazırlığı həyata keçirilməlidir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini