Dovletxeberleri.Az
» » Günay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladı

19-09-2019, 10:01Günay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladı

Günay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb

Sentyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb.

Dovletxeberleri.az xəbər verir ki, memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq
etmək məqsədilə imzalanıb.

Memorandumu Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Rektor Siyavuş Kərimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək deyib:

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Fond Azərbaycanda və xaricdə maraqlı layihələr həyata keçirir. İnanıram ki, imzaladığımız memorandum əsasında uğurlu layihələr icra edəcəyik. Memorandum konservatoriyamızın müəllim heyətinin və tələbələrinin qarşısında müvafiq sahələr üzrə perspektivlər açacaq”.

Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Milli Konservatoriyasının əməkdaşlıq üçün böyük potensialı olduğunu vurğulayaraq deyib:
“Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.

Günay Əfəndiyeva türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib. O bildirib ki, fondun əsas məqsədi türkdilli, qardaş xalqları bir-birinə daha da doğmalaşdırmaq, yaxınlaşdırmaqdır. Eyni zamanda türk xalqlarına məxsus zəngin mədəni irsi dünyada təbliğ etmək, tanıtmaqdır.

Günay Əfəndiyeva vurğulayıb ki, müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.

Günay Əfəndiyeva qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətlədiriblər. Bu, bizim üçün qürurdur, eyni zamanda məsuliyyətdir.

Fondun prezidenti diqqətə çatdırıb ki, memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, Milli Konservatoriyanın tələbələri üçün Fondda 1-3 aylıq istehsalat

təcrübəsinin təşkili və sertifikatların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, Milli Konservatoriyada Fondun himayəsi ilə Türk Dünyası Musiqi Mərkəzinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yarandığı qısa müddət ərzində uğurlu fəaliyyəti, maraqlı layihələri ilə yadda qalıb. “İnanıram ki, fond bundan sonra da türk dünyasının mədəniyyətinin və mədəni irsinin dünyaya tanıdılmasında mühüm addımlara imza atacaq”, - deyə səfir Erkan Özoral qeyd edib. Memorandumun imzalanması tədbirində Macarıstanın və Türkmənistanın ölkəmizdəki diplomatik korpusunun nümayəndələri də iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrinin konsert proqramı ilə davam edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar