Dovletxeberleri.Az
» » Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşüb

18-09-2019, 15:19Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşüb

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübSentyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” inşa-yazı müsabiqəsinin qalibi olaraq ali məktəblərə qəbul olunmuş və Yeni Azərbaycan Partiyasının təqaüdünü alan bir qrup tələbə ilə görüşüb.

Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir. “Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. O qeyd edib ki, bu müsabiqə Ulu Öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

Yeni Azərbaycan Partiyasının müxtəlif layihələr həyata keçirildiyini deyən YAP Sədrinin müavini ən əhəmiyyətli layihələrdən biri də məhz bu müsabiqədir. Onun sözlərinə görə, müsabiqənin qalibi olan və ali məktəblərə qəbul olunan tələbələrə partiyamız tərəfindən təqaüd verilir: “Həmin tələbələrdən bir çoxu artıq ali təhsillərini başa vurublar, hazırda da xeyli sayda təqaüd alanlar var. Bu il isə həmin müsabiqənin qaliblərindən olan gənclərdən 40 nəfəri ali məktəblərə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alacaqlar. Bundan sonra da hər il keçirilən müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq”.

Əli Əhmədov söyləyib ki, bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Baş nazirin müavini deyib: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firəvan gələcək gözlədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən gənclər göztərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar öz bilik və bacarıqları ilə göstərilən etimadı doğruldacaqlarını, ölkəmizin inkişafına töhfə vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilibİki “Aprel şəhidi”nin ailəsinə mənzil verildiFikrət Məmmədov İstintaq idarəsinə yeni rəis təyin etdi - ƏMRDeputatlar toplanır: daha 8 qanun dəyişəcəkPrezident İlham Əliyev Bağdad Amreyevi qəbul edib - FOTOBu gün Nobel mükafatının laureatları elan olunacaqHəmkarlar İttifaqının Abşeron rayon komitəsindən nümunəvi addımlar